Dil: Türkçe

Saytdan Axtar

Dünyanın ən zərif və dəbli şəhərləri – REYTİNQ

2017/10/30 19:14

	Dünyanın ən zərif və dəbli şəhərləri – REYTİNQ

Zolando onlayn paltforması Fransanın paytaxtı Paris dünyanın ən zərif şəhəri adlandırıb.

Oxu.Az-ın xəbərinə görə, müvafiq siyahı platformanın internet saytında yerləşdirilib.

Reytinq dəb, nəqliyyat təminatı, küçələrin təmizliyi və şəhərin memarlıq görkəmi ilə bağlı doqquz meyar üzrə hazırlanıb. Paris dünyanın 80 ən dəbli şəhərləri arasında birinci olub. Siyahıda ikinci yerdə London, üçdə isə Vyana qərarlaşıb. Nyu-Yorkdan (yeddinci yer) əlavə ilk onluqda olan şəhərlərin hamısı Avropada yerləşir.

Biz bilirik ki, zərifliyi pulla almaq olmaz. İstiqamətlər dəyişir, lakin əsl zəriflik dəbdən heç vaxt çıxmır, – müəlliflər deyiblər.

Reytinqdə dördüncü yerə Venesiya, beşinci – Florensiya, altıncı – Barselona, səkkizinci yerə isə Bordo şəhəri layiq görülüb. İlk onluğa həmçinin Milan və Roma şəhərləri da daxil edilib. Moskva siyahıda 67-ci, İstanbul sonuncu, 80-ci olub.




ŞƏRH YAZ



DİGƏR XƏBƏRLƏR
babashov.info

ÇOX OXUNANLAR