Dil: Türkçe

Saytdan Axtar

“AtaTravel” tələbələr üçün müsabiqə təşkil edir

2017/10/30 11:03

	“AtaTravel” tələbələr üçün müsabiqə təşkil edir

“AtaTravel” turizm şirkəti turizm fakültələrinin yuxarı kurslarında təhsil alan tələbələr üçün müsabiqə təşkil edir. Belə ki, adıçəkilən kateqoriyaya aid tələbələr müsabiqəyə xarici turistlər üçün nəzərdə tutulmuş Azərbaycan daxilində tur proqram təqdim edə bilərlər. Tur proqram Azərbaycanın istənilən bir turizm bölgəsinə aid olmaqla, həmin regiona aid əlamətdar turizm nöqtələrini və marşrutlarını əhatə etməli, əsaslandırılmış olmalıdır. Hər müsabiqə iştirakçısı olan tələbə yalnız bir tur prqoram təqdim edə bilər. Müsabiqədə iştirak etmək istəyən müvafiq kateqoriyaya aid tələbələr tur proqramı oktyabr noyabr ayının 11-nə qədər [email protected] ünvanına göndərə bilərlər.

        Müsabiqəyə təqdim edilmiş tur proqramlar sözügedən müsabiqə üçün təşkilatçı tərəfindən formalaşdırılmış xüsusi münsiflər heyəti tərəfindən yoxlanılacaq və qiymətləndiriləcəkdir. Müsabiqədə fərqlənən iştirakçıya sertifikat və daxili tur təltif ediləcək. Qeyd edək ki,  müsabiqə tuizm ixtisası üzrə təhsil alan tələbələrin bilik və bacarıqlarını artırmaq, həmçinin Azərbaycan turizminin inkişafına dəstək məqsədilə təşkil edilir.

         “AtaHolding” Şirkətlər Qrupunun turizm sektorunda  “AtaTravel” MMC, “AtaTurizm” və “Excelsior Hotel & Spa Baku”  oteli fəaliyyət göstərir.  2011-ci ildə təsis edilmiş  “AtaTravel”  turizm agentliyi dünyanın istənilən yerinə səyahət xidmətləri təklif edir. Şirkət  öz müştərilərini mehmanxana, uçuşlar, köçürmələr, əvvəlcədən sifariş, sığorta, viza ilə əlaqədar xidmətlərlər göstərir.

 
 




ŞƏRH YAZ



DİGƏR XƏBƏRLƏR
babashov.info

ÇOX OXUNANLAR