Dil: Türkçe

Saytdan Axtar

APRA PR sahəsində baş verən prosesləri müzakirə etdi

2017/10/27 09:33

	APRA PR sahəsində baş verən prosesləri müzakirə etdi
Turkiye.az xəbər verir ki, 26 oktyabr 2017-ci il tarixində Azərbaycan PR Mütəxəssisləri Assosiasiyasının (APRA) nümayəndələrinin iştirakı ilə növbəti dəyirmi masa keçirilib. İctimaiyyətlə əlaqələr sahəsi, eləcə də bu sahədə APRA tərəfindən 2017-ci ilin sonunadək keçiriləcək tədbirlərin müzakirəsi və qurumun təşkilati məsələlərinə həsr edilmiş tədbirə “AtaHolding” Şirkətlər Qrupunun Korporativ kommunikasiyalar şöbəsinin rəisi Dilara Zamanova, “Veysəloğlu” şirkətlər qrupunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlham Məmmədzadə, “Kommunikasiya və Konsultinq” MMC-nin rəhbəri Vəli Əlibəyov, Azərbaycan Sahibkarlar Konfederasiyasından Günel Məmmədova, “Bakı Metropoliteni" QSC-nin Ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən Yaqut Əliyeva, “Paris Gallery” mağazalar şəbəkəsindən Aliyə Abbasova, B, “Proloq.az” saytından Arzu Soltan və Cəfər Mənsimi, eləcə də digər nümayəndələr qatılıblar.
Dəyirmi masanın gündəliyində duran əsas müzakirə mövzusu Azərbaycanda ictimaiyyətlə əlaqələrin problem və perspektivləri barədə olub. İlham Məmmədzadə, Vəli Əlibəyov, Dilarə Zamanova, Nəsimi Paşayev və digər iştirakçılar Azərbaycanın PR sahəsində baş verən proseslər, texnoloji yeniliklərin və yeni metodların tətbiqi, eyni zamanda peşəkarlığın artırılması üçün lazım gələn vərdiş və bacarıqlara yiyələnmə kimi məsələlərdən söhbət açıblar. Qeyd edilib ki, PR qurumları tərəfindən ictimaiyyətə ötürülən informasiya kifayət qədər lazımlı və maraqlı olmalıdır. Məhz bu halda, həmin şirkət və ya təşkilat haqqında cəmiyyətdə maraq və məlumat, eləcə də etimad daha da artmış olur. Bu isə imic baxımından olduqca əlverişlidir. 
Həmçinin, tədbirdə 2018-ci ildə keçiriləck “Azərbaycanda İctimaiyyətlə Əlaqələr: problemlər və perspektivlər” konfransının təşkilati işləri işləri ilə bağlı müzakirələr aparılıb.
Qeyd edək ki, Azərbaycanda bir sıra aparıcı qurum və şirkətlərin PR mütəxəssislərini özündə birləşdirən APRA 2016-cı ilin may ayında təsis olunaraq dövlət qeydiyyatına alınması üçün müvafiq quruma sənədlərini təqdim edib.
 
 
 



ŞƏRH YAZ



DİGƏR XƏBƏRLƏR
babashov.info

ÇOX OXUNANLAR