Dil: Türkçe

Saytdan Axtar

 70 rayonda gənclər üçün intellektual yarışlar başlayır

2017/10/27 07:53

	 70 rayonda gənclər üçün intellektual yarışlar başlayır

“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.4.7. maddəsində gənclərin asudə vaxtının səmərəli təşkili üçün intellektual və kompüter oyunları üzrə yerli və beynəlxalq çempionatların keçirilməsi qeyd edilir. Dövlət Proqramının alt sənədinə uyğun olaraq “Azərbaycanın İntellektual Birİncisi” layihəsi artıq ikinci ildir ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi və "İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir. Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş layihə ölkə gənclərinin potensial intellektinin qiymətləndirilməsinə və dəyərləndirilməsinə imkan verir.

İctimai Birlikdən  bildiriblər ki, layihənin reallaşdırılmasında məqsəd gənclərin intellektual fəaliyyətə cəlb olunması, onların bu sahədə bilik və bacarıqlarının artırılması, mövcud intellektual bazaların genişləndirilməsi və beynəlxalq intellektual rəqabətə davamlı gənclərin hazırlanmasıdır.

Birliyinin sədri Mirhəsən Seyidov bildirib ki, gənclərin maarifləndirilməsinə istiqamətlənən və 11 regionda 4 intellektual oyun ("Xəmsə", "Nə? Harada? Nə zaman?", "Kod Da Vinçi", "Vətəni Tanı") üzrə baş tutacaq layihə çərçivəsində Naxçıvan Muxtar Respublikası da daxil olmaqla 70 rayondan 1400 gəncin iştirakı gözlənilir. Hər rayon 18 nəfərlik komanda ilə çıxış edəcək. Layihə çərçivəsində regional turnirlər Sumqayıt, Quba, Tərtər, İsmayıllı, Şəki, Mingəçevir, Sabirabad, Şəki, Lənkəran rayon və şəhərlərində keçiriləcək.

Builki layihə 2 mərhələdən ibarət olacaq. Əvvəlcə hər iqtisadi rayon üzrə komandaların seçim turu, sonra isə final yarışları keçiriləcək. Bu mərhələdə regional turnirlərdə qalib gələn komandalar final mərhələsində öz şəhərlərini (rayonlarını) təmsil etmək hüququ qazanacaq.

Layihənin final mərhələsinin Bakıda keçirilməsi planlaşdırılır.




ŞƏRH YAZ



DİGƏR XƏBƏRLƏR
babashov.info

ÇOX OXUNANLAR