Dil: Türkçe

Saytdan Axtar

Tələbələr arasında güllə atıcılığı üzrə turnir keçiriləcək

2017/10/26 10:46

	Tələbələr arasında güllə atıcılığı üzrə turnir keçiriləcək

Vətənpərvərliyin təbliğində Aprel qəhrəmanlarının adlarının tələbə gənclər arasında təbliği ilə bağlı gənclər arasında güllə atıcılığı üzrə turnir keçiriləcək.

Güllə atıcılığı üzrə turnir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və “Gənc İstedadların İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən 28 oktyabr 2017-ci il tarixdə saat 13:00-da Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında keçiriləcəkdir.

Turnirin keçirilməsində əsas məqsəd, gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi, onlarda vətənə, dövlətə, torpağa bağlılıq hisslərini artırmaq, aprel döyüşlərinin qəhrəmanlarının gənclər arasında təbliği, onlarda hərbi vərdişlərin yaranmasını təmin etmək, gənclərin ordu sıralarında hərbi xidmət keçmə hazırlığının yüksəlməsinə kömək göstərilməsi, güllə atıcılığı idman növünün geniş təbliğ edilməsidir.

 




ŞƏRH YAZ



DİGƏR XƏBƏRLƏR
babashov.info

ÇOX OXUNANLAR