Dil: Türkçe

Saytdan Axtar

“Məqsədim beynəlxalq yarışlarda üç rəngli bayrağımızı zirvələrə qaldırmaqdır”

2017/10/24 11:23

	“Məqsədim beynəlxalq yarışlarda üç rəngli bayrağımızı zirvələrə qaldırmaqdır”

Bakı şəhəri Gənclər və İdman İdarəsinin və Azərbaycan Kikboksinq Federasiyasının birgə təşkilatçılığı ilə 21-22 oktyabr 2017-ci il tarixində Sərhədçi İdman Kompleksində kikboksinq üzrə Bakı çempionatı keçirildi.

Yarışda Bakı çempionu titulunu qazanan Vüqar Ramazanov gələcək planları haqqında danışıb:

“Bu gün Azərbaycan Kikboksinq Federasiyasının sıralarından olmaqdan qürur duyuram. AKF prezidenti, millət vəkili Adil Əliyev bizə çox dəstək olur. Hər gün məşqlərimi davam etdirirəm. Məşqçim dünya çempionu Zaur Yusifov məqşlərimə çox ciddi fikir verir və birbaşa yarışlara hazırlanmağımda iştirak edir. Məqsədim beynəlxalq yarışlarda bayrağımı zirvələrə qaldırmaqdır”.

Qeyd: Vüqar Ramazanov 2003-cü ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonu Çərçiboğan kəndində anadan olub. 2016-2017-ci illərdə yeniyetmələr üzrə kikboksinq respublika çempionatında Azərbaycan çempionu titulunu qazanıb. Vüqar Ramazanov Bakı çempionatında 5 döyüş keçirib, 4 nakautla başa çatıb. İdmançı ümumilikdə bu günə qədər 30-dən çox döyüş keçirib.




ŞƏRH YAZ



DİGƏR XƏBƏRLƏR
babashov.info

ÇOX OXUNANLAR