Dil: Türkçe

Saytdan Axtar

Bakı Mühəndislik Universitetində P&EMakers’ Days tədbiri 

2017/10/24 11:16

	Bakı Mühəndislik Universitetində P&EMakers’ Days tədbiri 

Gənclərin informasiya texnologiyaları və robotlaşdırma sahəsində gələcək karyeralarını qurması üçün əlverişli zəmin yaradılması Bakı Mühəndislik Universitetinin prioritet hədəfləri sırasındadır. Bunun üçün təhsil müəssisələri ilə biznes qurumları və professional mütəxəssislər arasında əlaqələrin genişləndirilməsi olduqca əhəmiyyətlidir. Biznes dünyası sosial məsuliyyət prinsiplərinə sadiq qalaraq gənclərin gələcək peşəkar inkişafına dəstək vermək məsələsində də fəal olarsa, daha yaxşı nəticələr əldə etmək mümkündür. Təhsil müəssisələrinin fəaliyyəti əsasən nəzəri biliklər, biznes qurumlarının isə təcrübə qazanmaq baxımından əhəmiyyətlidir.  Yalnız nəzəriyyə ilə təcrübənin vəhdəti zamanı uğur qazanmaq mümkündür. Tələbələrin təlim imkanlarının artırılması, mütəxəssislərin təcrübələrindən yararlanması, işləməsi və məzun olduqdan sonra məşğulluğunun daha məqsədyönlü təmin olunması prosesinin dəstəklənməsi təşəbbüsü ilə“ProgElectro” komandası tərəfindən bu il 10-11 Noyabr 2017 tarixlərində Bakı Mühəndislik Universitetində P&EMakers’ Days tədbirinin keçirilməsi hədəflənib.

P&EMakers’ Days tədbiri 2 gün ərzində robot texnologiyaları proqramlaşdırma və elektronika sahəsindəki mühəndislər və bu işləri görən şirkətlərin sahiblərinin texniki mövzular və təmsil etdikləri şirkət haqqında seminar verəcəyi, robotika sənayesi və informasiya texnologiyalarının gələcəyini müzakirə etmək məqsədi ilə akademik heyət, mühəndis və tələbələrin eyni platformada bir yerə gələcəyi bir tədbirdir. Tədbir şirkət və təhsil sistemində çalışanlar üçün eyni zamanda mühəndislik ixtisasında təhsil alan tələbələr üçün böyük bir şəbəkələşmə və fikir mübadiləsi imkanı yaradır. Bununla birlikdə həvəskar meykerlər istehsal etdikləri yeni və yaradıcı qurğularla əlaqəli təqdimat etmək imkanı əldə edəcəklər.

İnformasiya Texnologiyaları ilə əlaqədar ixtisaslar məzunlarının bir çox fərqli sektorda iş tapma imkanı səbəbi ilə günümüzdə ən çox seçilən sahələrdən biridir. “ProgElectro” komandası olaraq, biz də tələbələrimizin həm sektordakı böyük firma, şirkətlər və professional mütəxəssislərin işləri və onların öz yeni texnologiyaları ilə əlaqəli məlumat ala bilmələri, həm də bu firma və şirkətlərin gələcəyin mühəndisləri ilə bu gündən tanış olub, onlara öz iş təcrübələrindən bəhs edərək daha keyfiyyətli yeni məzunların yetişməsinə kömək etməyini hədəf almışıq.

Ölkəmizdə Robotika sənayesinin inkişafını müzakirə edərək bu sahənin inkişafı üçün həll tapmaq, və eləcə də gənclərin bu sahəyə diqqətini çəkmək məqsədi ilə ənənəvi olaraq hər il noyabr ayında akademik heyət, mühəndis və tələbələri P&E Makers’ DAYS-dəgörüşdürməyi planlayırıq.

Tədbir 3-4-cü kurs bakalavr və magistratura tələbələrinə və eləcədə bu sahədə özünü inkişaf etdirmək istəyən hər bir mühəndis gəncə açıq olub,proqramlaşdırma, elektronika, robot texnologiyaları və s.-ni əhatə edəcək.

 




ŞƏRH YAZ



DİGƏR XƏBƏRLƏR
babashov.info

ÇOX OXUNANLAR