Dil: Türkçe

Saytdan Axtar

Tələbələr arasında intellektual yarış keçirilib

2017/10/24 08:41

	Tələbələr arasında intellektual yarış keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə "Azərbaycan Tələbələrarası I kino və teatr tarixi müsabiqəsi" adlı intellektual yarış keçirilib. Ümumilikdə 18 komandanın yarışdığı intellektual oyunda milli kino və teatrlarımızdan olan müxtəlif suallar səsləndirilib.

İntellektual oyunun keçirilməsində məqsəd milli kinoların tarixi, aktyor və aktrisaların tanınması, müasir dövrdə gənclər arasında milli kinolara  olan marağın artırılmasıdır.

Müxtəlif təhsil müəssisələrindən olan komandaların iştirakı ilə 3 gün müxtəlif mərhələlərdə keçirilən yarış gənclərin marağını cəlb edib. Sonda intellektual oyunun qalibi Azərbaycan Dillər Universitetinin "Fenomen" komandası, 2-ci yeri Azərbaycan Tibb Universitetinin "Apoptoz" komandası, 3-cü yeri isə Milli Aviasiya Akademiyasının "Slytherin" və Bakı Dövlət Universitetinin "Qladius" komandaları bölüşdürüb. Sonda qaliblər mükafatlandırılıb və xatirə şəkli çəkilib.




ŞƏRH YAZ



DİGƏR XƏBƏRLƏR
babashov.info

ÇOX OXUNANLAR