Dil: Türkçe

Saytdan Axtar

ABUC layihə üzrə yekun mətbuat konfransı keçirdi  

2017/10/20 14:26

	ABUC layihə üzrə yekun mətbuat konfransı keçirdi

	 

Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyət Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən   " Aprel döyüşlərinin  qəhrəmanlıq  nümunələrinin təbliği " layihəsinin yekun mətbuat konfransını  keçirdi.

Layihə rəhbəri_Məlahət Xəlilova  dedi ki,  iyulun 25-dən oktyabrın 25-dək 3 aylıq müddətə nəzərdə tutulan layihə çərçivəsində icra planında  nəzərdə tutulmuş   Bakının Qaradağ,Yasamal və Xətai rayonlarında   aprel döyüşlərində şəhid olmuş Milli Qəhrəmanlar  Samid Gülağa oğlu İmanov, Murad Mirzəyev,gizir Rusif İbrahim oğlu Ağayevin ailələrini ziyarət etdik. Şəhid ailələrini ziyarət etməkdə məqsəd vətəndaş cəmiyyətləri tərəfindən onlara mənəvi dəstək verməkdir. Düzdür, hazırki şəraitdə Azərbaycan dövləti, xüsusilə dövlət başçısı şəhid ailələrinə xüsusi diqqətlə yanaşır. Müvafiq dövlət qurumları tərəfindən şəhid ailələrinə qayğı göstərilir, diqqətdə saxlanılır. Eyni mövqe ölkə ictimaiyyəti tərəfindən də nümayiş etdirilir. Biz də bir vətəndaş cəmiyyəti olaraq qərara aldıq ki, şəhid ailələrinin yanında olaq, onlardan öz diqqət və qayğımızı əsirgəməyək". Eyni zamanda, şəhid qəhrəmanların keçdikləri həyat və döyüş yolu, onların Azərbaycanın ərazi bütövlüyü, işğal altında olan torpaqların geri alınmasında göstərdikləri qəhrəmanlıqlar qəzet,facebook,saytlar   vasitəsilə ictimailəşdirilməci üçün müsahibələr alındı və yayıldı.Mövzu ilə bağlı silsilə məqalə və müsahibələr "Olaylar" qəzeti,"Sabahinfo.az" ,"Olaylar.az" saytlarinda dərcedilmiş və facebookda geniş yayınlanmışdır.Bu isə layihənin geniş oxucu  kütləsinin məlumatlanmasına musbət təsirinin nəticəsidir. M.Xəlilova bu  ziyarətlərin nəticəsi kimi Aprel şəhidlərinin tanıdılması ,gənclərin milli vətənpərvərlik ruhunun yüksəldilməsi üçün orta və ali  məktəblərdə maarifləndirmə işinin daha geniş çapda aparılması, televiziya kanallarında  müvafiq sosial çarxların hazırlanması,şəhidlər barədə romanlar yazılması,filmlər çəkilməsini vacib hesab edir.Dövlət qurumları və QHT Dövlət Dəstəyi Şurası  ilə yanaşı bütün digər ictimai qurumlar da Qarabağ şəhid və əlil ailələrini diqqət mərkəzində saxlamalı,və onlara mənəvi dəstəklərini göstərməlidirlər.Onların bu dəstəyə çox ehtiyacları var.

Mətbuat  konfransında iştirak edən  Mübariz Göyüşlü-"Müasir inkişaf" İctimai Birliyinin sədri,Vilayət  Muxtar-"İnsan hüquqları və Maarifçilik" İctimai Birliyinin sədr müavini,Aqil Camal - "Türküstan" qəzetinin baş redaktoru,Nailə  İsmayılova-"Yeni həyat"HSD İctimai Birliyinin sədri,Rey Kərimoğlu-Qarabağ qazisi,jurnalist,Nahid Canbaxışlı-"Vətənİnfo"saytının direktoru,Qarabağ qazisi, Seyfəddin Qurbanov -Şəhid atası mövzunun həmişə aktual olacağını bildirərək, Qarabağ şəhid və əlil ailələrinə,veteranlarına mənəvi dəstək olmaq üçün hər şeyə hazır  olduqlarını nəzərə çatdırdılar.

 

 



ŞƏRH YAZ



DİGƏR XƏBƏRLƏR
babashov.info

ÇOX OXUNANLAR