Dil: Türkçe

Saytdan Axtar

Azərbaycanın "Ağ canavarı"

2017/10/16 04:41

	Azərbaycanın "Ağ canavarı"

Azərbaycanın "Ağ Canavar"ı- FotolarAzərbaycanda qeyri Olimpiya idman növlərində qazanılan uğurlar heç də az deyil. Yazımızın bugünkü qəhrəmanının karyerası məhz belələrindəndir.Onun titul və medal sayını eşidəndə heyrətlənməyə bilmirsən. Kikboksinq üzrə dəfələrlə dünya Çempionu Eduard Məmmədov Eduard Məmmədovun çox maraqlı ləqəbi var: "Ağ canavar”. "Ağ”-bədəninin rəngini, "Canavar” isə gücünü bildirir. Eduard rinqdə çox sürətli və canavar kimi cəlddir. Ayaqları ilə yaxşı döyüşür, yaxşı zərbələri var. Rinqdəki duruşu da adına layiqdir. Pusquda duran, ancaq rəqibinin düz gözünə baxan, onu öz şikarı hesab edən canavar kimi görünən Eduard digər döyüşçülərin qorxulu röyasıdır. Üstəlik döyüşlərə gülə-gülə çıxır qəhrəmanımız. Bununla qarşısındakına demək istəyir ki, "Onsuz da səndə heç nə alınmayacaq”. Bu da bir psixoloji təsir vasitəsidir. Onun adını dünyada hər kəs tanıyır və hörmət edir. Bir çox döyüşlərdən sonra məğlub olan rəqiblərin onunla xüsusi görüşməsi, onunla bir rinqi bölüşməkdən fəxr duymasını dediyi məqamlar da olub. Bütün bunları Məmmədov böyük əziyyətlər, illərlə sürən aramsız məşqləri hesabına qazanıb. Qeyd edək ki, Eduard Məmmədov1978-ci il,2 yanvar tarixində Bakı şəhərində anadan olmuşdur.1996-1999-cu illərdə Hərbi Ordu İdman Klubunda hərbi xidmət keçib.1999-cu ildə İdman Akademiyasına daxil olub, 2004-cü ildə ali məktəbi bitirib. O,1993-cü ildən peşəkar kikboksinqlə məşğuldur. Bu ildən hal-hazırda Milli Məclisin deputatı Adil Əliyevin başçılıq etdiyiAzərbaycan Kikboksinq Federasiyasının idmançısıdır. "Neftçi" klubu uğrunda iştirak edir. İlk qələbəsini 1995-ci ildə, Azərbaycanda keçirilmiş ilk çempionatda qazanıb. Eduardın məşqçisi Azərbaycan Respublikasının əməkdar məşqçisiÇingiz Eyvazovdur. Eduard Məmmədov1997-ci ildə Azərbaycan Respublikası,1999-cu ildə isə beynəlxalq idman ustası adını almışdır.2007-ci ildə Azərbaycan Respublikası Prezidentiİlham Əliyevinfərmanı ilə"Vətən uğrunda" medalıilə mükafatlandırılmışdır.25 dekabr, 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən qeyri-olimpiya idman növünün inkişafında xüsusi xidmətlərə görə Fəxri Fərmanla təltif edilib. 2006, 2009, 2011 (noyabr ayının 23-də Buta Palasda keçirilən tədbirdə) və 2014-cü ildə Eduard Məmmədov ilin ən yaxşı idmançısı adına layiq görülüb. 5 mart,2013-cü ildə Azərbaycan Respublikasının əməkdar məşqçisi adına layiq görülüb. 2009-cu ilin iyununda Eduard Məmmədov İspaniyada World Profi versiyası üzrə keçirilən dünya çempionatını qazanaraq, Low Kick və K-1 bölmələrində 2 qızıl medal, oktyabrda WAKO Low Kick versiyası üzrə Avstriyada keçirilən dünya çempionatını, noyabrda isə WAKO Full Contact versiyası üzrə İtaliyada keçirilən dünya çempionatını qazanıb. Bu nəticə - bir il ərzində 3 dünya çempionatından medallar gətirmək dünya kikboksinq tarixində presedentsiz hal sayılır. Ən parlaq və yaddaqalan qələbə 2000-ci ildə Yunanıstanda dünya çempionatında qazanılıb. Eduard Məmmədov rəqibini 15 saniyəyə nokaut vəziyyətinə salmışdır. Hal-hazırda o, yarışlarda həm də döyüşçü kimi iştirak edən yeganə çalışan məşqçisidr. Məşqçi fəaliyyətinə 2000-ci ildə başlayıb. Onun tələbələri arasında dəfələrlə dünya və Avropa çempionları olmuş idmançılar var. Ailəlidir, iki övladı var.

 

Nuranə Abdullayeva




ŞƏRH YAZ



DİGƏR XƏBƏRLƏR
babashov.info

ÇOX OXUNANLAR