Dil: Türkçe

Saytdan Axtar

Ötən ay “Azərenerji” 1,66 milyard kilovat-saat elektrik enerjisi istehsal edib

2017/10/03 07:42

	Ötən ay “Azərenerji” 1,66 milyard kilovat-saat elektrik enerjisi istehsal edib

 

2017-ci ilin sentyabr ayında “Azərenerji” ASC tərəfindən 1,66 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib.

ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətindən bildirilib ki, “Azərenerji” sentyabrda təchizatçıları tələbatlarına uyğun olaraq elektrik enerjisi ilə təmin edib. Bu dövr ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlərlə elektrik enerjisi mübadiləsi qarşılıqlı şəkildə davam etdirilib.

Qeyd edək ki, ötən ilin sentyabr ayında bu rəqəm 1,64 milyard kilovat-saat olub. Strateji Yol Xəritəsi çərçivəsində elektrik enerjisi itkilərinin azaldılması, elektrik enerjisi verilişinin və ötürülməsinin keyfiyyətinin yüksəldilməsi məqsədilə görüləcək tədbirlər üzrə bir sıra layihələr həyata keçirilib.

Ümumilikdə, ay ərzində texniki tələblərə uyğun itkilər qeydə alınıb.

Tural




ŞƏRH YAZ



DİGƏR XƏBƏRLƏR
babashov.info

ÇOX OXUNANLAR