Dil: Türkçe

Saytdan Axtar

“Elektrik enerjisinin təminatında heç bir problem gözlənilmir” 

2017/09/29 06:46

	“Elektrik enerjisinin təminatında heç bir problem gözlənilmir” 

“Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlının müsahibəsi

- “Azərenerji” ASC Strateji Yol Xəritəsinin Tədbirlər Planı çərçivəsində hansı işləri görüb və qarşıda hansı vəzifələr dayanır?
- Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi“nin 3-cü Strateji hədəfi, yəni, Dünya üzrə orta səmərəlilik və keyfiyyət standartlarının tətbiqi və məqsədlərə nail olmaq üçün mexanizmlərin işə salınmasına dair vəzifələr “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən müəyyənləşdirilib, Elektrik stansiyalarının səmərəliliyinin artırılması və mövcud potensialdan effektiv istifadə edilməsi məsələlərinə diqqət yetirilib.
Səhmdar Cəmiyyətdə Strateji Yol Xəritəsinin Tədbirlər Planının “Elektrik enerjisinin itkilərinin azaldılması, elektrik enerjisinin verilməsinin və paylanmasının keyfiyyətinin yüksəldilməsi” bəndinin “Modernləşmə işləri üçün baş planın hazırlanması” yarımbəndi üzrə İcra Planı hazırlanıb.
Qeyd edək ki, İcra Planında tədbirlərin adı, gözlənilən nəticə, icra vəziyyəti və icra müddəti yer alıb.
Bir sözlə, Səhmdar Cəmiyyətdə Strateji Yol Xəritəsinin Tədbirlər Planı çərçivəsində tərtib edilən İcra Planı bu istiqamətdə keyfiyyətcə yeni mərhələnin başlanılması, bu sahədə innovativ texnologiyaların tətbiqi, enerjisistemin səmərəliliyinin yüksəldilməsi, elektrik enerjisi istehsalı, ötürülməsi və idarəolunması üzrə maddi-texniki bazanın müasirləşdirilməsi işləri üçün baş layihədir.

- Təmsil olunduğunuz ASC-nin gördüyü və proqnozlaşdırdığı işlərin ictimaiyyətə çatdırılması üçün hansı yeniliklərə imza atılıb?
- Bir məsələni də nəzərinizə çatdırım ki, bu yaxınlarda “Azərenerji”nin rəsmi saytı yenilənibdir. Daha da təkmilləşdirilən sayt müasir tərtibatı ilə yanaşı, informasiya baxımından olduqca zəngindir. Eləcə də rəsmi “gov.az” domeninə keçən sayt daha təhlükəsiz və etibarlıdır. Ələlxüsus, Strateji Yol Xəritəsi ilə bağlı ayrı pəncərə açılıbdır. Bu xüsusda görülən işlər ictimaiyyətə, KİV-lərə operativ şəkildə çatırılacaqdır.

- Qarşıdan qış gəlir. “Azərenerji”-nin həyata keçirdiyi böyük layihələrə baxmayaraq demək olarmı ki, ASC qışa tam hazırdır və enerji təminatında heç bir problem olmayacaq? 
- Artıq bir müddətdir ki, enerji müəssisələrinin payız-qış mövsümünə hazırlıq işlərinə başlanılıb. Bu məsələ noyabr ayında “Azərenerji” ASC-nin xüsusi komissiyası tərəfindən qiymətləndiriləcək və komissiyanın qərarı əsasında enerji müəssisələrinə “Qışa hazırlıq pasportu” veriləcək.
"Enerji sistemində keyfiyyətcə yeni mərhələnin başlanılması, bu sahədə innovativ texnologiyaların tətbiqi, sistemin səmərəliliyinin yüksəldilməsi, elektrik enerjisi istehsalı, ötürülməsi və idarə olunması üzrə maddi-texniki bazanın müasirləşdirilməsi işləri deməyə əsas verir ki, əvvəlki dövrlərlə müqayisədə istənilən hava şəraitinə qarşı dayanıqlılıq möhkəmləndirilib və təhlükəsizlik gücləndirilib. Bütün bunlara baxmayaraq, hər hansısa bir sahədə təbii və texnogen qəzaların baş verməsindən birmənalı şəkildə sığortalanmaq çətindir. Havaların dəyişməsini normal qəbul etmək lazımdır. Əsas odur ki, hər bir fəsilə uyğun tədbirlər qabaqcadan görülsün. "Azərenerji" sistemi üzrə lazımi mövsümi hazırlıq işlərini həyata keçirmişik və operativlik səviyyəsini artırmışıq. İstər canlı, istərsə də texniki qüvvə ehtiyatımız kifayət qədərdir.
Əminliklə bildirirəm ki, “Azərenerji” tərəfindən elektrik enerjisinin təminatında heç bir problem gözlənilmir.

SİA




ŞƏRH YAZ



DİGƏR XƏBƏRLƏR
babashov.info

ÇOX OXUNANLAR