Dil: Türkçe

Saytdan Axtar

Azərbaycan şirkəti Ukraynada ikinci dəfə tenderin qalibi oldu

2017/09/19 08:42

	Azərbaycan şirkəti Ukraynada ikinci dəfə tenderin qalibi oldu

2016-ci il 26 sentyabr tarxində “Ukrenerqo” Milli Enerji Şirkəti tərəfindən Ukrayna energetika sisteminin beynəlxalq standartlara uyğun səviyyədə müasirləşdirilməsi məqsədilə “Çerkassk” yarımstansiyasının yenidən qurulması” adlı tenderdə iştirak etmiş Azərbaycanın “AZENCO” şirkəti həmin tenderin qalibi olub. Tenderin şərtlərinə əsasən aşağıdakı işlərin görülməsi tələb olunur: 1) “Çerkassk” yarımstansiyasında Açıq Tipli 330 kV-lik əsas və köməkçi avadanlıqların yenilənməsi, yeni portalların qurulması və yüksəkgərginlikli 330 kV-lik Elektrik Verilişi Xətlərinin yeni portallara birləşdirilməsi; 2) Açıq Tipli 110 kV-lik avadanlıqların, həmçinin dayaqların demontaj olunaraq mövcud yüksəkgərginlikli xətlərin, transformatorların və avadanlıqların Qapalı Tipli 110 kV-lik avadanlıqlarla əvəz edilməsi. Layihənin ümumi dəyəri 9. 355 532 USD təşkil edir. Qeyd edək ki, bu “AZENCO” ASC-nin Ukraynada qalib gəldiyi ikinci tender layihəsidir. İlk dəfə cari ilin fevral ayında “Ukrenerqo” Milli Enerji Şirkəti ilə “AZENCO” ASC arasında 330 kV-lik “Sumı” yarımstansiyasının texniki cəhətdən yenidən qurulması, o cümlədən, 330 və 110 kV-lik paylayıcı quruluşlarda mövcud avadanlıq və dayaq konstruksiyalarının tam yenilənməsini nəzərdə tutan müqavilə imzalanmışdı. “AZENCO” “Ukrenerqo”nun Beynəlxalq İnkişaf və Yenidənqurma Bankının krediti hesabına həyata keçiridiyi “Elektrik enerjisinin ötürülməsi-2 (EEÖ-2)” layihəsi çərçivəsində ilk müqavilənin icraçısıdır. O, UE/2 “Şimal Elektrik Şəbəkələri yarımstansiyalarının texniki cəhətdən yenidən qurulması” paketinin 1-ci lotu üzrə açıq hərrac müsabiqəsinin 11 iştirakçısı arasında qalib elan olunmuşdu.




ŞƏRH YAZ



DİGƏR XƏBƏRLƏR
babashov.info

ÇOX OXUNANLAR