Dil: Türkçe

Saytdan Axtar

Günel Səfərova: "ATƏT yalnız Şərqə baxır, Qərbi görmür"

2017/09/12 10:06

	Günel Səfərova: "ATƏT yalnız Şərqə baxır, Qərbi görmür"

"Gənc Vətəndaş" Maarifləndirmə İctimai Birlyinin icraçı direktoru Günel Səfərova ATƏT-in Varşavada keçirilən İnsan hüquq və azadlıqlarına həsr olunan toplantısında çıxış edib. Müzakirələrdə Azərbaycanın ərazisi olan Qarabağa ölkə rəhbərliyindən icazəsiz səfər edən jurnalistlər də müzakirə edilib. Tədbirdə çıxış edən Günel Səfərova Azərbaycana qarşı səsləndirilən saxta məlumatlarla razılaşmadığını bildirib: "Tədbirdə məndən əvvəl çıxış edənlər söz azadlığının fundamental insan hüququ olduğunu vurğuladılar və müstəqil mass media haqqında kifayət qədər danışıldı. Azərbaycana qarşı saxta məlumatlar istusna olmaqla deyilən fikirlərin bir çoxu ilə razıyam. Qeyd etmək istəyirəmki, Azərbaycanın ərazisi olan Qarabağa ATƏT-ə üzv ölkələrdən 120 jurnalist qanunsuz səfər edib. Maraqlıdı hansı maliyyə vəsaitiylə və Azərbaycan dövlətindən icazə almadan bu necə olur? Əgər jurnalist təhlükəsizliyindən danışılırsa, erməni silahlı qüvvələri 5 jurnalistimizi öldürüb və əlbəttə onlarən adı xarici hesabatlarda olmayacaq. Dinc sakinlərin öz evlərində ermənilər tərəfindən öldürülməsi faktı varsa, jurnalist təhlükəsizliyindən necə danışmaq olar? Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonun Alxanlı kəndində törədilən cinayət nəticəsində həlak olmuş 2 yaşlı Zəhra Quliyeva və onun nənəsi Sahibə Allahverdiyevanı da yada salan Günel Səfərova ATƏT-ə sual ünvanlayıb: "2 yaşlı Zəhra və nənəsi öz evlərində ermənilər tərəfindən öldürüldü. Məncə, ATƏT yalnız Şərqə baxır, başını qaldırıb Qərbi görmür. Qərbdə ksenofobia, dini ayrıseçkilik və miqrantlara qarşı sərt davranışı kimsə görmür. Əgər biz problemləri konstruktiv yolla həll etmək istəyiriksə, ikili standartlardan qaçmalıyıq". Çıxış zamanı səsləndirilən həqiqətlər ermənilərə təsir etdiyindən, onları təmsil edən nümayəndə səsləndirilənlərə icazəsiz fikir bildirərək, 5 jurnalistin ölümü normaldır. Siz hakimiyyəti dəstəkləyirsiniz deyib. Günel Səfərova cavab buna cavab olaraq çıxışında yalnız ermənilərin qanun pozuntularından danışdığını və həqiqətlərin onları ifşa etdiyini deyib.

Könül Cəfərli

 

 




ŞƏRH YAZ



DİGƏR XƏBƏRLƏR
babashov.info

ÇOX OXUNANLAR