Dil: Türkçe

Saytdan Axtar

İnternat məzunu olan gənclərə davranış qaydaları təbliğ edilib

2017/09/09 16:07

	İnternat məzunu olan gənclərə davranış qaydaları təbliğ edilib

Newscenter.az.9.09.2017. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dəstək Şurasının maliyyə dəstəyi və "İMSİ" Gənclər İctimai Birliyinin təşgilatçılığı ilə “İnternat məzunu olan gənclərə “Davranış qaydaları və etik normaların” təbliği” layihəsinə yekun vurulub. Yaşadığımız mühitdə internat məktəbində oxuyub orada həddi-buluğa çatan gənclər müəssisədaxili qayda-qanunlar çərçivəsində ictimaiyyətdən kənarda və illərlə eyni mühit və eyni insanlar arasında böyüdükləri üçün internat məktəbini tərk etdikdən sonra müstəqil həyata addım atarkən bir çox problemlərlə rastlaşırlar. Bu problemləri aradan qaldırmaq və gənclərimizə dəstək olmaq məqsədi ilə layihənin həyata kecirilib. Layihənin əsas məqsədi dörd müəssisədən (Quba 1 saylı xüsusi internat məktəbi, Lənkəran şəhər Osman Mirzəyev adına qarışıq tipli uşaq evi, Sabunçu rayon 1 saylı xüsusi internat məktəbi və Xətai rayon 3 saylı uşaq evi) internat və uşaq evindən məzun olan gəncləri bir yerə toplayaraq onlara davranış qaydaları, vətənpərvərlik və milli mənəvi dəyərləri təbliğ etməklə, onların dünyagörüşünün artırılması üçün maddi-mədəniyyət abidələrinə gəzintilər təşkil etmək, maarifləndirici təlimlər keçməklə müstəqil həyata inteqrasiyasına köməklik göstərməkdir.

Newscenter.az-a daxil olan məlumata görə, layihə yekun fəaliyyəti kimi Şamaxıda gənclər üçün 3 günlük düşərgə təşkil olundu. Düşərgədə zamanı müxtəlif ekskursiya və təlimlər təşkil olundu. Düçərgənin birinci günündə Azərbaycanın ən qədim məscidlərindən biri olan və H.Əliyev fondu tərəfindən bərpa olunan Şamaxı məscidi ziyarət olundu. Gəncləri çox isti münasibətlə qarşılayan məscid rəhbərliyi məscidin tairixindən, fəaliyyət istiqamətlərindən və gələcək planları haqqında layihə iştirakçılarına məlmat verdi. Məscid ziyarətindən sonra gənclər Şamaxının füsunkar təbiəti və digər tarixi abidələrlə tanış oldular. Layihənin ikinci günü İsmayıllının Lahıc kəndinə səfər təşkil olundu. Burada gənclər qədim sənətlərlə, mükəmməl əl işləri, təxminən 18-cu əsrin sonlarinda tikilmiş məktəb və həmin məktəbin muzeyi, digər tarixi abidələrlə tanış oldular. Lahıc diyarşünaslıq muzeyinin ziyarəti zamanı gənclər Lahıc haqqında daha ətraflı məlumat ala bildilər. Günün ikinci yarısı isə gənclər İsmayıllının gözəl təbiəti və asma körpü ilə tanış oldular. Düşərgənin üçüncü günü isə daha çox maarifləndirici xarakter daşıyırdı. Gün ərzində gənclərə müxtəlif mövzularda seminarlar keçirildi. Bunlardan başqa gənclər müxtəlif aktiv və stolüstü oyunlar təşkil etdilər. Ümumilikdə düşərgə həm aktiv, həm maarifləndirici, həm də hər kəs üçün faydalı keçdi. 

 

 

İnternat məzunu olan gənclərə davranış qaydaları təbliğ edilib

 



ŞƏRH YAZ



DİGƏR XƏBƏRLƏR
babashov.info

ÇOX OXUNANLAR