Dil: Türkçe

Saytdan Axtar

 Nigar Adil yazır   Sosial şəbəkələrdə sərf etdiyimiz vaxtın ən azı yarı hissəsini öz doğmalarımıza, övladlarımıza həsr edə bilək.

2017/09/09 10:30

	 Nigar Adil yazır   Sosial şəbəkələrdə sərf etdiyimiz vaxtın ən azı yarı hissəsini öz doğmalarımıza, övladlarımıza həsr edə bilək.

Sosial şəbəkələrdə sərf etdiyimiz vaxtın ən azı yarı hissəsini öz doğmalarımıza, övladlarımıza həsr edə bilək. Bir cəmiyyət üçün bu qədər sosiallaşmaq fikrimcə, heç də doğru deyil.

Sosial şəbəkələr həyatımıza elə daxil olub ki, artıq hər kəs internetsiz bir dövr arzulayır. Və bəzən də nostaljiyə qapılır. İnternetsiz həmin illəri yenidən yaşamaq üçün sosial şəbəkə hesablarından qısa müddətli də olsa imtina etməyə çalışırlar. Amma çoxları bunu bacarmır. Bir növ sosial şəbəkələrdən imtina etmək insanın iradi gücünün göstəricisi olub. Və bu iradi güclə bir çoxları özlərini diqqət mərkəzində, onları izləyən insanları isə nigarançılıqda saxlamağa çalışırlar. Məsələn, iri hərflərlə, "Bu aralar sosial şəbəkə hesablarımı bağlayıram. Hələlik" - yazırlar. Təbii ki, bu hər kəsin şəxsi işidi. Nə zaman istəsə öz hesabını bağlaya və ya aça bilər. Amma bunu insanların hissləri ilə oynayaraq etməyin adı nədir? Əgər sənin işlərin çoxdursa, ya da psixoloji gərginliyin varsa, tək qalmaq istəyirsənsə bunu səssiz - sədasız et. Sənə görə narahat olan insan, səni düşünən insan onsuz da səninlə hər vəchlə əlaqə yaradacaq.

Zatən, hər səhərimiz bir olay, faciə ilə açılır. Daha sənin intihar ab - havalı tərkedişlərini düşünmək bizlərə ağır gəlir. İnsanların sizə görə gərginlikdə, narahatlıqda qalmaları sizə bu qədərmi zövq verir? Və iki gün keçməmiş heç nə olmamış kimi yenidən səhifələrinizi aktiv etmənizə nə ad verək? Heç sizə üzülərək yazılan rəyləri oxuyarkən özünüzdən və etdiyiniz hərəkətdən iyrəndinizmi?

Son zamanlar sosial şəbəkədə bu tip mesajlar, statuslar yazanların səhifələrini incələdim. Onların niyə bunu etdiklərini deyəsən anladım. Müşahidələrimə əsasən bu insanların bu cür davranışlarının yalnız bir səbəbi var: LİKE.

Bəli, like. Yazdığı statuslara, paylaşdığı fotolara, musiqilərə, şeirlərə onları qane edəcək qədər bəyənmə sayının olmaması, digər dostunun paylaşımlarına gələn bəyənmə sayının qısqanclığı insanları hər üsuldan istifadə etməyə "məcbur" edir.

Yəqin ki, bəyənmə sayına bu qədər həris olan insanlar bizlərə yaxın günlərdə yeni manşetli xəbər də təqdim edəcəklər: "Facebookda onu like etmədiyinə görə .... bıçaq zərbəsi ilə qətlə yetirdi". Bu başlığı oxuyan hər kəs: "bir like görə dəyərdimi",  deyəcək.

Sosial şəbəkə ilə bağlı narahatlıq tək bununla bitmir. Bu gün yaşından və sosial mövqeyindən asılı olmayaq hər kəsin sosial şəbəkə hesabı var. Onlarla yad insan bir - biri ilə dostdu. Real həyatda bəlkə də bir - birlərinə vaxt ayıramazkən, sosial şəbəkənin mesaj imkanlarından yararlanaraq saatlarla söhbətləşib, fikir mübadiləsi apara bilirlər. Burada hər kəs həmişə nəyəsə vaxt tapır. Amma real həyatda...  Biz artıq öz doğmalarımızı unutmuşuq. İndi yadlar bizə doğma olur. Öz övladına vaxt ayırmayan valideyn yad, bağışlayın sosial şəbəkədəki dostuna, saatlarla vaxt ayıra bilir, dərdlərini, sevincini onunla bölüşür. Bu problem istənilən yaş həddində mövcuddur. Orta yaşlı valideynlər də, uşaqlar da həmişə kənar, yad insanların onlarla həmfikir olduqlarını, onları anladıqlarını düşünürlər. Bəzən, bu durumlarda kimlərinsə təsiri altına düşmələri, kimlərdənsə maddi və mənəvi istifadələr, təhdid və s. kimi problemlər meydana çıxır. Bir cəmiyyətin bu qədər sosiallaşması artıq ciddi narahatlığa səbəb olmalıdı. Hər kəs fərd olaraq bu "yükdən" qurtulmağa çalışmalıdı.

Sosial şəbəkələrdə sərf etdiyimiz vaxtın ən azı yarı hissəsini öz doğmalarımıza, övladlarımıza həsr edə bilək. Bir cəmiyyət üçün bu qədər sosiallaşmaq fikrimcə, heç də doğru deyil.




ŞƏRH YAZ



DİGƏR XƏBƏRLƏR
babashov.info

ÇOX OXUNANLAR