Dil: Türkçe

Saytdan Axtar

Millət vəkili Lütfi Zadə ilə bağlı xatirələrindən yazdı

2017/09/07 13:02

	Millət vəkili Lütfi Zadə ilə bağlı xatirələrindən yazdı

Newscenter.az.7.09.2017. “Professor Lütfi Zadə (Lütfi Rəhim oğlu Ələsgərzadə) haqqında ilk dəfə 9-cu sinifdə oxuyarkən (1991) İnformatika Dərsliyi kitabında oxumuşdum. O zaman dünyaca məşhul olan bir alimin azərbaycanlı olması hamımızda böyük maraq oyatmışdı. Uşaqların əksəriyyətində və xüsusən də məndə İKT-yə maraq da elə bu dövrdən və məhz onun sayəsində yaranmışdı”. Newscenter.az-ın xəbərinə görə, bu fikirləri millət vəkili Tahir Mirkişili deyib. O, qeyd edib ki, Azərbaycanın yenicə müstəqillik əldə etdiyi bir dövrdə informatika müəllimimiz Lütvi Zadənin şəxsində azərbaycanlıların potensial olaraq nəyə qadir olduqlarını bizə anlatırdı: “2006-cı ildə Professor Zadə ilə ABŞ-da görüşdük. O Azərbaycanı daim izlədiyini, inkişaf konsepsiyasını və seçdiyi yolu xeyli müzakirə edir, doğru yolda olduğumuzu deyir və digər ölkələrlə müqayisə edirdi. Hiss olunurdu ki, o ürəkdən Azərbaycanı düşünür, bir alim kimi öz hisslərini bizimlə bölüşürdü. Daha sonra o yaşının çoxluğuna və məsafənin uzaqlığına baxmayaraq Azərbaycana gəldi və dövlət başçısı tərəfindən “Dostluq” ordeni ilə təltif olundu. O bu ordeni daim sinəsində daşıdı. Azərbaycanın dünya elminə,mədəniyyətinə töhvəsi çox olub. Və əminəm ki, bundan sonra da olacaq. Bəlkə də “Dünya vətəndaşları” siyahısı müəyyən etsəydilər, bu siyahıda xeyli azərbaycanlılar olardı. Lütfi Zadə dünyasını dəyişdi. Bir dünyadan digər dünyaya keçdi. Bu dünyada onun kəşfləri, azərbaycanlı kimliyi və “Dostluq” ordeni qaldı. “Professor Zadə” əfsanəsi isə davam edir, onun yolunu davam etdirən və ondan ruhlanan neçə azərbaycanlı olacaq- bunu tarix göstərəcək”.




ŞƏRH YAZ



DİGƏR XƏBƏRLƏR
babashov.info

ÇOX OXUNANLAR