Dil: Türkçe

Saytdan Axtar

Bu ayın sonu Azərbaycanda “Paymes” layihəsindən istifadə etmək mümkün olacaq

2017/09/07 09:51

	Bu ayın sonu Azərbaycanda “Paymes” layihəsindən istifadə etmək mümkün olacaq

Bu il Türkiyəni, İsveçrədə “Paymes” adlı startup təmsil edəcək. Məsələnin maraqlı tərəfi isə bu layihənin qurucularından biri Həsən Jabbarovun azərbaycanlı olmasıdır. Qeyd edək ki, “Seedstars Istanbul” yasımasında finala yüzlərlə layihə arasından Ahtabot, Banamama, Bonobo, Paymes, Pepapp, REPG Enerji, Qmeter, Scode, Taglette və Udentify qatılmağa haqq qazandı. Münsiflər heyyəti Rina Onur, Cem Ener, Ali Babaoğlan, Meghan Warner və Mehmet Akalının səsləri ilə “Paymes”in birinci olduğu gecədə Udentify ikinci, Ahtapot isə üçüncü olub.
Bəs sözügedən “Paymes” haqqında nələri bilirik?
İstifadəçilərinə mesajlaşma tətbiqləri üzərindən məhsul alışı və satışı fürsəti verən Paym.es, chatbot əsaslı bir e-ticarət və ödəmə sistemi olaraq istifadə edilə bilər.
Hələlik beta versiyada olan və 2000 istifadəçi ilə test edilən platform, e-ticarəti daha asan və təsiri yüksək bir mövqeyə daşımaq istəyir.
Üzvlük və məhsul əlavə etmənin pulsuz olduğu Paym.es, müvəffəqiyyətli fəaliyyət vəd edir və hər satışdan 6% satış komissiyası tutur, gəlir modelini belə formalaşdırır. Avqust ayında Facebook Messengerlə faliyyətə başlamağı planlayan layihə, sonra WhatsApp, Turkcell BiP və Telegram kimi anlıq mesajlaşma tətbiqlərini hədəfləyir.

Paym.es, bazar yeri təcrübəsini chatbotlara danışıyır.
Qeyd edək ki, keçən ay keçirilən SeedStarsda qalib olan və eyni vaxtda StratersGUB XO layihəsi olan Paymes, Həsən Jabbarov, Şehlem Akbulut ve Sabrican Zaim tərəfindən bu ilin may ayında Amerika və Türkiyədə rəsmi qeydiyyatdan keçib.
Bazar yeri modelindən də bildiyimiz kimi alıcı ilə satıcı arasında güvənli bir körpü quran “Paymes”, satıcı məhsulu problemsiz olaraq çatdırmamış alıcının ödəməsini qarşı tərəfə göndərmir.
Bu yönüylə bazar yeri təcrübəsini chatbotlara gətirən layihə Türkiyədən sonra Azərbaycan, İran, Rusiya, İspaniya və Çili kimi sosial mediyada e-ticarətin yüksək olduğu bazarlara açılmaq istəyir.

Sentyabr ayının sonu layihə azərbaycanlı istifadəçilərin də istifadəsinə veriləcək və ilk 20 istifadəçiyə reklam dəstəyi kimi xüsusi köməklərdə ediləcək. Bu dəstəklərdən istifadə edə bilmək üçün saytdakı (http://paym.es) forma emailinizi qeyd etməniz kifayətdir. Qeyd edək ki Türkiyədən Azərbaycana məhsul satan istifadəçilər “Paymes”i artıq istifadə etməyə başlayıblar.
Hazırda istifadəçinin messengeri istifadə etdiyi dilə görə istifadəçiləri Türkiyə Türkçəsi və İngilis dilində qarşılayan Paymes, ay sonunda Azərbaycan və Rus dillərində də xidmət göstərəcək.
Paymes ilə yaxından tanış olmaq və test etmək üçün “ www.fb.me/paywithmessenger/ “ bir Merhaba yazmanız kifayət edir.

 




ŞƏRH YAZ



DİGƏR XƏBƏRLƏR
babashov.info

ÇOX OXUNANLAR