Dil: Türkçe

Saytdan Axtar

Mən Füzulini özümə ikinci vətən bilirəm (Qazi-Pərviz Quliyev)

04.09.2017

	Mən Füzulini özümə ikinci vətən bilirəm (Qazi-Pərviz Quliyev)

Bugünkü qəhrəmanımız Lələ Təpə istiqamətindəki döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən zədə almış qazi Pərviz Quliyevdir. Onunla müsahibəmizi təqdim edirik..

- Özünüz haqqında məlumat verin. Təhsilinizlə bağlı nə deyə bilərsiniz?

Mən Pərviz Quliyev əslən Tərtərliyəm. Vətənimi sevən bir insanam həm qazi həm şəhid qardaşıyam və bu mənimüçün bir şərəfdir.

-Hərbiçi olmaq öz arzunuz olubmu?

- Əlbəttə ki 1998-2001 ci illər Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil almışam.2001-2005 ilə dək Azərbaycan Ali Hərbi Məktəbini bitirmişəm

-Sizin üçün "Vətən" nə deməkdir?

-Əlbəttə ki, Vətəni sevmək imandandır. Mən vətənimi qarşılıqsız sevirəm.

-Füzuli rayonu deyiləndə sizdə hansı təəsüratlar yaranır?

- Füzuli rayonu deyiləndə Azərbaycanın döyüşgən və qəhrəman rayonu canlanır. Füzuli rayonu mənim ikinci vətənimdir.2008-2011 ci ilədək Füzuli rayonunun Şükürbəyli,Abdülrəhmanlı kəndlərində və Horadiz qəsəbəsində zabit kimi xidmət etmişəm.2009 cu il Sentyabrın 8 döyüş tapşırığını yerinə yetirərkən Lələ təpə istiqamətində ağır yaralandım . Məni Əhmədbəyli kəndində yerləşən hərbi hospitala gətirdilər. Oradan isə hərbi vertolyotla Bakıya yola saldılar . İnandırım ki sizi məni yola salmağa neçə-neçə Füzuli gənci yığışmışdı. Və mən bir daha anladım ki, Füzuli rayonunun necə vətənini torpağını sevən , vətəni üçün canından keçməyə hazır gənci var.

-Siz həm də şəhid qardaşısınızş. Bu haqda nə deyə bilərsiniz?

-Bəli, Qardaşım 2012 ci il Oktyabrın 26 sı əsgərlərimizə qurban kəsib , geri qayıdarkən minaya düşmüşdü,onu da qeyd edim ki ,mülki şəxs olsa da çox sağ olsun ki,dövlətimiz ona şəhid statusu verdi.

Vətən daşı olmayandan olmaz ölkə vətən daşı burda deyiblər. Özü qazi olsa da ," Bu gün də vətənim üçün ölməyə və öldürməyə hazıram ! "- deyən " Pərviz Quliyev" "Hər zaman şəhidlərimizi yad edirik, onların varlığı bizim qürur mənbəyimizdir! " qeyd edir".

 




ŞƏRH YAZ



DİGƏR XƏBƏRLƏR
babashov.info

ÇOX OXUNANLAR