Dil: Türkçe

Saytdan Axtar

Xalqımızın tarixinin, milli-mənəvi dəyərlərinin təbliği  "Muğam Dünyası" layihəsinin  fəaliyyətinin əsas istiqamətindən biridir -Müsahibə

2017/09/03 19:31

	Xalqımızın tarixinin, milli-mənəvi dəyərlərinin təbliği  "Muğam Dünyası" layihəsinin  fəaliyyətinin əsas istiqamətindən biridir -Müsahibə

Müsahibimiz Azərbaycanda sosial şəbəkələrdə “Muğam Dünyası”  layihəsinin  təşəbbüskarı, icraçı  rəhbərinin müşaviri Mələk Mirzəmmədlidir.

 

– “Muğam dünyası”-nın məqsəd və məramlarını açıqlayardınız.

Azərbaycanda sosial şəbəkələrdə “Muğam Dünyası”  layihəsinin  təşəbbüskarı, icraçı  rəhbərinin müşaviri Mələk Mirzəmmədli bildirib ki, layihənin  keçirilməsinin əsas məqsədi ulu öndər Heydər Əliyevin həyatının, çox şaxali fəaliyyətinin, Azərbaycan  mədəniyyətinə töhfələrinin tələbələr tərəfindən dərindən öyrənilməsi və təbliğidir.

Sosial şəbəkələrdə “Muğam dünyası” layihəsi vətəndaş cəmiyyətinin təşəkkülündə milli qeyri-maddi irsin bir sıra tərkib hissələrini özündə cəmləşdirən milli informasiya resurslarının mühüm bir hissəsidir. Mədəni-tarixi informasiyalar milli ənənələrlə və tarixi yaddaşla qırılmaz surətdə bağlıdır. Bütün ölkə ərazisində bu infomasiyalardan sərbəst şəkildə istifadə olunması cəmiyyətin inkişafına xidmət edərək, milli şüurun vəhdətini təmin edir. Layihənin əsas məqsədi ondan ibarətdir ki, hər bir insanın əlaqə vasitələrindən istifadə etməsi üçün lazımı şərait yaradılsın, dövlət sərhədlərindən asılı olmayaraq, informasiya və ideyalar axtarmaq, almaq və onu yaymaq. Azərbaycanda vətəndaş cəmiyyətinin yaranması tarixi ilə bağlı uzaq məsafədə yeni informasiya və kommunikasiya texnologiyalarından (şəbəkə, rəqəmsal sıxlıq, məlumatların real zamanda ötürülməsi və s.) bu cür biliklərə yiyələnmək arzusunda olan hər bir insanın istifadə etməsi üçün şəraitin yaradılması vacibdir. Belə anlayışlar sırasına «tarixi şəxsiyyət», «tarixi bilik», «intellektual mədəniyyət», «tarixi yaddaş fenomeni» kimi anlayışlar daxildir. O cümlədən, sonuncu anlayış dövrün tarixi hadisələrini nəzərdə tutan ictimai fərdin yaddaşını, fərdi və kollektiv şüurun qarşılıqlı münasibətini, şəxsin, qrupun, milli mənsubiyyətin – ümumilikdə vətəndaş cəmiyyətinin formalaşmasında onların rolunu ehtiva edir. Qeyd edim ki, layihə təkcə Azərbaycan dilində yox, bir neçə dillərdə fəaliyyət göstərəcək. 

“Muğam Dünyası”  - nın əsas fəaliyyət istiqaməti nədir?

02.07.2017 -cı ildən Azərbaycanda sosial şəbəkələrdə "Muğam Dünyası" qrupunun təşəbbüskarı layihə rəhbəri Nicat Müslümovun və icraçı rəhbər Arzu Müzəffərovanın ideyası təşəbbüsü ilə Azərbaycan mədəniyyət inə dəstək məqsədilə sosial şəbəkələrdə "Muğam Dünyası" qrupu yaradaraq sosial şəbəkələrdə "Muğam Dünyası" olaraq ictimai və sosial məsuliyyəti artıran könüllülük fəaliyyəti həyata keçirir.  Xalqımızın tarixinin, milli-mənəvi dəyərlərinin təbliği  "Muğam Dünyası" layihəsinin  fəaliyyətinin əsas istiqamətindən biridir. Hər il Novruz bayramı, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Milli Qurtuluş, Respublika, Müstəqillik günləri, eləcə də matəm günlərində - 20 Yanvar, Xocalı faciəsi, 31 Mart Azərbaycanlıların Soyqırımı Günü geniş şəkildə qeyd olunacaq.  Icraçı  rəhbərinin müşaviri Mələk Mirzəmmədli  sözsüz ki, Sosial şəbəkələr Azərbaycan həqiqətlərini dünyaya tanıtmaq baxımından çox vacibdir . Bu, bizim milli borcumuzdur. Bizim əsas istiqamətlərimizdən biri də gənclərin fəaliyyətini daha yeni səviyyəyə qaldırmaqdır. Çünki çox aktiv gənclərimiz var. Gənclərimiz daha proqressivdir. Ona görə biz onlara böyük ümid edirik. Məhz buna görə biz gəncləri bütün işlərimizə cəlb edirik. Gənclər idarə heyətində təmsil olunurlar. Eyni zamanda "Muğam Dünyası"    təşkilatlı departamentini yaratmışıq.

– Bilirsiz ki, hər kəsin öz maraq dünyası var və muğama meyillilik də əksər gənclər tərəfindən o qədər də maraqla qarşılanmır. “Muğam dünyası” hər cür marağı təmin edə biləcəkmi və bunun üçün təşkilatlı işlərə  nələr əlavələr  edəcəksiniz?

Azərbaycan gəncliyi artıq cəmiyyətin inkişafında ciddi rolu olan fəal sosial təbəqəyə çevrilib .Bildiyiniz kimi, müxtəlif tədbirlərə qatılmaq, görüşlər keçirmək üçün bir sıra  təşkilatlı  işlərimiz var Bu istiqamətdə görüləcək işlərdə çoxdur. Niyyətimiz Azərbaycanda və Azərbaycandan kənarda olan muğamsevərləri bir araya gətirməkdir. Bir növü könüllü olaraq dəstək vermək . Məqsədimiz sülhə, əməkdaşlığa, dostluğa xidmət edən bu möhtəşəm milli muğamı mədəniyyətimizə dəstək olaraq təbliğ etmək, tövhə verməkdir.

 

Nigar

 




ŞƏRH YAZ



DİGƏR XƏBƏRLƏR
babashov.info

ÇOX OXUNANLAR