Dil: Türkçe

Saytdan Axtar

Fransa prezidentdən əcaib yenilik – Rəsmi qonaqlarını itlə qarşılayır

2017/08/29 23:40

	Fransa prezidentdən əcaib yenilik – Rəsmi qonaqlarını itlə qarşılayır

İki ay ərzində vizajistinə 26 min avro xərcləyən Fransa prezidenti Emmanuel Makronun reytinqi son günlər aşağı səviyyəyə düşüb.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, atdığı addımlarla tənqid olunan prezident bu dəfə xanımı Bricitlə özlərinə aldıqları itə görə müzakirələrə səbəb olub.

Qeyd olunur ki, E. Makron “Nemo” ləqəbli iki yaşlı iti Tyull şəhərində yerləşən it sığınacaqlarından birindən 235 avroya alıb.

Yelisey sarayının iti artıq öz “rəsmi səlahiyət”ini icra etməyə başlayıb. Belə ki, Fransa lideri avqustun 28-də Niger prezidenti Məhəmməd İssufu “Nemo” ilə birlikdə qarşılayıb.

 



ŞƏRH YAZ



DİGƏR XƏBƏRLƏR
babashov.info

ÇOX OXUNANLAR