Dil: Türkçe

Saytdan Axtar

 Nicat Müslümov Niyyətimiz Azərbaycanda və Azərbaycandan kənarda olan muğamsevərləri bir araya gətirməkdir

2017/08/29 15:56

	 Nicat Müslümov Niyyətimiz Azərbaycanda və Azərbaycandan kənarda olan muğamsevərləri bir araya gətirməkdir

Azərbaycanda sosial şəbəkələrdə “Muğam Dünyası” qrupunun təşəbbüskarı, layihə rəhbəri NAXCİVANXEBERLERİ.COM-a Nicat Müslümov məqsəd və məramları barədə danışıb…

02.07.2017-cı ildən Azərbaycanda sosial şəbəkələrdə “Muğam Dünyası” qrupunun təşəbbüskarı layihə rəhbəri Nicat Müslümovun və icraçı rəhbər Arzu Müzəffərovanın ideyası təşəbbüsü ilə Azərbaycan mədəniyyətinə dəstək məqsədilə sosial şəbəkələrdə “Muğam Dünyası” qrupu yaradaraq sosial şəbəkələrdə “Muğam Dünyası” olaraq ictimai və sosial məsuliyyəti artıran könüllülük fəaliyyəti həyata keçirir.

–Bu ilin iyulun 2-də Azərbaycanda sosial şəbəkələrdə “Muğam Dünyası” qrupunu yaratdıq. Niyyətimiz Azərbaycanda və Azərbaycandan kənarda olan muğamsevərləri bir araya gətirməkdir. Bir növ könüllü olaraq dəstək vermək istəmişik ölkəmizə. Məqsədimiz sülhə, əməkdaşlığa, dostluğa xidmət edən bu möhtəşəm milli muğamı mədəniyyətimizə dəstək olaraq təbliğ etmək, tövhə verməkdir. Bildiyiniz kimi, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi ilə Azərbaycan muğamı 2003-cü ildə UNESCO tərəfindən Bəşəriyyətin Şifahi və Qeyri-Maddi İrsinin Şah Əsərləri siyahısına daxil edilib. Biz də özümüzə bir azərbaycanlı gənci kimi borc bilib könüllü olaraq “Muğam Dünyası” qrupunu yaratdıq ki, muğamımızı nəinki Azərbaycanda, ölkəmizdən kənarda da təbliğ edək. Bizim “Muğam Dünyası” qrupumuz Azərbaycan xalqının zəngin tarixi-mədəni irsi, mədəniyyəti, incəsənəti, ədəbiyyatı, turizm imkanları, islam sivilizasiyasının inkişafına verdiyi töhvələr, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və torpaqlarımızın 20 faizinin ermənilər tərəfindən işğalının acı nəticələri haqqında hərtərəfli məlumatlandırmaq məqsədi daşıyır. Səhifəmizdə Azərbaycan muğam sənətinin vacib tərkib hissəsi kimi Qarabağ muğam məktəbinin özünəməxsus üslubu və ənənələri haqqında ətraflı məlumatlar öz əksini tapır. AZƏRBAYCAN Milli MUĞAMI “Azərbaycan milli geyimləri” Azərbaycan tarixi , Azərbaycan ədəbiyyatı – Azərbaycanlı şair və yazıçıları, Azərbaycan xalq rəqsləri , Azərbaycan xalq çalğı alətləri , Azərbaycan xalçaçılıq tarixi, Azərbaycan filmləri, Azərbaycan kino aktyor və aktrisaları. Azərbaycanın kənd və şəhərlərini “Muğam Dünyası” – Demək olar ki, fəaliyyətimizin artıq 2 ayı tamam olur. 14 mindən çox izləyicimiz var. Mütəmadi olaraq qrupda muğam ustadlarının ifaları, gənc muğam ifaçılarının şəkilləri, xalq mahnılarımızın mətnləri, muğam ifaçılarının televiziyada yayımlanacaq veriliş tarixi və saatı ilə bağlı bilgilər paylaşmaqla izləyicilərdə maraq yaratmışıq. Layihəmizə gənc ziyalı koordinatorlar təyin olunub ki, bütün paylaşılan informasiyalara onlar da nəzarət edir.

Nicat Müslümov

“Muğam Dünyası” qrupunun təşəbbüskarı, layihə rəhbəri

 

 
 



ŞƏRH YAZ



DİGƏR XƏBƏRLƏR
babashov.info

ÇOX OXUNANLAR