Dil: Türkçe

Saytdan Axtar

Azərbaycanlı kapitanın gəmisi ikiyə parçalandı

2017/08/28 10:15

	Azərbaycanlı kapitanın gəmisi ikiyə parçalandı

Türkiyənin Sarıyer bölgəsində Kilyos sahillərində azərbaycanlı kapitanın idarə etdiyi quru yük gəmisi ikiyə parçalanıb.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə ötən gün gecə saatlarında baş verib. 1975-ci il istehsalı olan “Leanardo” adlı 114 metr uzunluğunda gəminin 11 nəfərlik ekipajı isə quruya çıxarılaraq xəstəxanalara yerləşdirilib.

Monqolustan bayrağı altında üzən gəminin kapitanı azərbaycanlı, ekipaj üzvlərinin isə rus və hindistanlı olduqları müəyyənləşib.

İkiyə bölünən gəminin ön hissəsinə su dolmağa başladığı üçün deposundakı yanacaq quruya boşaldılıb.




ŞƏRH YAZ



DİGƏR XƏBƏRLƏR
babashov.info

ÇOX OXUNANLAR