Dil: Türkçe

Saytdan Axtar

“WhatsApp”dan yenilik

2017/08/28 10:13

	“WhatsApp”dan yenilik

WhatsApp” messenceri istifadəçilərini eksklüziv yeniliklə sevindirir.

İKT.lent.az-ın məlumatına görə, artıq istifadəçilər rəngli mətn statusları yaza biləcəklər.

“WhatsApp”dakı statuslar qısa bildirişlərdən ibarətdir və bir neçə gün ərzində qala bilir. Sonradan isə proqram tərəfindən silinir. “VKontakte” və “İnstagram” sosial şəbəkələrində bu seçim “histories” adlanır. Xatırladaq ki, rəngli statusları bu messencerin məxsus olduğu “Facebook” sosial şəbəkəsində də dərc etmək mümkündür.

“WhatsApp” nümayəndələri bildirirlər ki, statusun yeni imkanları avqustun əvvəlindən sınaq mərhələsindədir və bundan hələlik müəyyən istifadəçilər istifadə edə bilirlər.




ŞƏRH YAZ



DİGƏR XƏBƏRLƏR
babashov.info

ÇOX OXUNANLAR