Dil: Türkçe

Saytdan Axtar

Türkiyəyə və Azərbaycana daha bir təhdid 

2017/08/26 00:31

	Türkiyəyə və Azərbaycana daha bir təhdid 

Amerika Birləşmiş Ştatlarının 50 ştatından 47-si uydurma “erməni soyqırımı”nı qəbul edib. Sonuncu belə bir addım atan ştat Ayova oldu. Ştatın qubernatoru Amerika Erməni Milli Komitəsi Şərq Regionu, İnsan Hüquqları Koalisiyası liderləri və ruhani xadimləri ilə görüşdən sonra bu qərarını elan edib. O, habelə 2017-ci ilin oktyabr ayının ştatda “Erməni fərqliliyi ayı” kimi qeyd olunacağını bildirib. Ştat qubernatorunun imzasını daşıyan bəyannamədə guya 1915-1923-cu illərdə Osmanlı dövlətində ermənilərin, habelə yunanların və assuriyalıların qəsdən soyqırıma məruz qaldıqları qeyd olunur, bu Holokost hadisəsi və İŞİD-in fəaliyyəti xatırlanır. İŞİD-in xristianlara, yezidi kürdlərinə qarşı həyata keçirdiyi soyqırımı pislənilir. İraq xristian icmasının nümayəndələri də bu təşəbbüsə qoşulur. Görünür ki, sənədin indi qəbul edilməsi Türkiyə ilə anlaşılmazlıqlar yaşayan ABS-ın hər zamankı təzyiq vasitələrindən biridir. Türkiyə Rusiyadan S-400 kompleksi almaqda israrlıdır, Almaniya siyasətçilərinin İncirlikdə xidmət keçən alman hərbçilərinə baş çəkilməsinə icazə verilməməsi, habelə Ərdoğan hakimiyyətinin İraqda kürdlərin referendumuna dəstək verməməsi ABS-ı narazı salıb. Odur ki, 47-ci ştat uydurma “soyqırımı”ki tanıdı. Maraqlıdır ki, bəs üç dəfə şansı qalan ABŞ Türkiyənin daha 3 dəfə, yəni say 50-ci ştata çatandan sonra necə təhdid edə biləcək?!

Nəzakət Məmmədova , politoloq – Bizimyol.info üçün




ŞƏRH YAZ



DİGƏR XƏBƏRLƏR
babashov.info

ÇOX OXUNANLAR