Dil: Türkçe

Saytdan Axtar

Güllələnən ''qanuni oğru'' Rəşad Gəncinskinin qan içərisində FOTOSU

2017/08/25 14:52

	Güllələnən ''qanuni oğru'' Rəşad Gəncinskinin qan içərisində FOTOSU

Abxaziyada "sxodka" zamanı güllələnən ''qanuni oğru'' Rəşad Gəncinskinin qan içərisində fotosu yayılıb.

Criminal.az Rusiya KİV-inə istinadən bildirir ki, Qudaete şəhərində Abxaziya mahalında "qanuni oğru"ların Rusiyanın cənubunda və Qafqaz regionu ölkələri təsir sahələrinin bölünməsini müzakirə etmək üçün ''sxodka'' keçirilib. Lakin, tərəflər köhnə münaqişələrini həl edə bilməyiblər.

Görüş kütləvi dava və atışma ilə başa çatıb. maraqlısı odur ki, “Gəncinski” Abxaziyanın Qudauti şəhərinə “Lotu Quli”nin tapşırığıyla yollanıb. Səfərdə əsas məqsəd isə “Quli”yə yaxın olan “Nika Qaqrinski” ləqəbli qanuni oğru Nikolay Dqebuadzeyə dəstək vermək olub.

Söhbət ondan gedir ki, “Nika” abxaz qanuni oğruları tərəfindən sıxışdırılırmış. Bir qədər əvvəl “Quli “Kuşa” ləqəbli Aleksandr Kuşnerova da Abxaziyaya yollanıb vəziyyəti nəzarətə almağı tapşırmışdı. Amma “Kuşa” Abxaziyaya girə bilməmişdi.

Qudautiyə gələn İsmayılov və Roma Stavropolski şəhərdəki restoranların birində “Nika”yla düşmən olan "qanuni oğru"ları cəzalandırmaq istəyiblər. Stavropolski yerli "qanuni oğru"lara güc nümayiş etdirmək istəyərkən isə dava başlayıb.

“Pıza” ləqəbli qanuni oğru Raul Bartsba silaha əl atıb. Nəticədə Rəşad və “Nika Qaqrinski” güllə yarası alıblar.

''Gəncinski'' Abxaziya xəstəxanalarından birinə yerləşdirilib. Onun vəziyyəti barədə açıqlama verilmir.




ŞƏRH YAZ



DİGƏR XƏBƏRLƏR
babashov.info

ÇOX OXUNANLAR