Dil: Türkçe

Saytdan Axtar

Dünya çempionu, əməkdar məşqçi sosial şəbəkədə ünvanlı olaraq sərt açıqlama verdi  

2017/08/25 14:29

	
		
			
				
					Dünya çempionu, əməkdar məşqçi sosial şəbəkədə ünvanlı olaraq sərt açıqlama verdi
			
		
	


	 
Azərbaycanımızın Fəxri hər kəsin sevimlisi Fuad Zeynalov ünvanlı olaraq sosial şəbəkədə sərt açıqlamasını dostları ilə paylaşdı. Fuad Zeynalov hazırlanmış video lentə tam etirazını bildirərək fikirlərini açıq açığına əks tərəfə bildirərək vurğuladı:
Bu video ilə bəzi harınlamış idman aləmindən çox uzaq olan, səviyyəsi və savadı olmayan, amma vəzifə basında oturan, idmançılara(çempionlara) yuxarıdan aşağı baxanlara səslənərək deyirəm ki, biz idmançılar hec də əziyyətsız gəlib verilən bu ada layiq (çempion) olmamışıq, biz vətən, xalq, dövlətçilik üçün bacardığımızı edirik. Biz Azərbaycan bayrağını səmalara qaldırmaq üçün aldığımız zədələrlə bəzən sağlamlığımızı itiririk. Bəs siz nə edirsız??? Ancag qarşınızda gördüyünüz zəif insanları tapdalamaqla müxtəlif yollarla qazandığınız pullarla cibinizi doldurmaqdan başqa heçnə bacarmırsız. Heç olmasa əziyyət çəkən idmançılara dəstək durub hansısa yaxsı əməllə yadda qalın. Çəkdiyimiz əziyyətin 1 faizini cəkmiş olsaydınız bəlkə sonra bizlərə layiq olduğumuz qiymət verərsiz. Ali Baş Komandan, Cənab Prezidentin idmançılara göstərdiyi diqqətin az bir hissəsini heç olmasa siz də göstərəsiniz. 
Deyə biləcəyiniz söz yalnız bunlardır. " Nə etmisən, özün üçün etmisən bizə nə dəxli". Yəgin ki, bu mətndən bəziləri özlərinə düşən payı götürəcək. Bu günlük bu qədər. (Ünvanli) ardı var.

P.S. Fuad Zeynalovun sosial şəbəkədə ünvanladığı yazı böyük səs-küyə səbəb olub. Onun ünvanladığı yazıya idmançılar və hər bir Azərbaycansevər azarkeşlər hətta Azərbaycanın sıravi vətəndaşları səs verərək etirazların yazmaqda davam edirlər. Bu gün dövlət başçımız Cənab Ali Baş Komandanın idmana və idmançılara göstərdiyi qayğı və diqqətə baxmayaraq müxtəlif vəzifə sahblərinin etdikləri onu verdiyi dəyərə kölgə salmaq deyilmi???
Məncə idmançılara edilən haqsızlığa son verilməlidir. Bu Azərbaycanın üç rəngli bayrağını səmalara ucaldanlara qarşı edilən haqsızlıq, bayrağımıza, dövlətimizə və rəhbərinin onlara verdiyi etimada qarşı olan hörmətsizlikdir.

(Mövzuya qayıdacağıq)

Almaz İlahə Əhmədova

 




ŞƏRH YAZ



DİGƏR XƏBƏRLƏR
babashov.info

ÇOX OXUNANLAR