Dil: Türkçe

Saytdan Axtar

"Muğam Dünyası" layihəsinə icraçı rəhbər təyin olunub

2017/08/24 12:51

	"Muğam Dünyası" layihəsinə icraçı rəhbər təyin olunub

"Muğam Dünyası" layihəsinə icraçı rəhbər təyin olunub. Layihənin rəhbəri Nicat Müslümovun Turkiye.az -a verdiyi məlumata görə, yeni icraçı rəhbər Arzu Müzəffərovadır. 
"Muğam dünyası" qısa müddətdə 13 mindən çox istifadəçini qrupa cəlb edib. İstər ölkəmizdə, istər Avropada təhsil alan gənclər qrupun fəaliyyətini izləyə bilirlər və onlar da öz çevrələrini, Avropada yaşayan insanları qrupa üzv olmağa dəvət edirlər. "Qrup üzvlərinin sayı gündən-günə artır. Böyük Britaniya, İspaniya, Fransa, Almaniya və digər ölkələrin vətəndaşları da dostluq qrupunun izləyiciləri sırasındadırlar. Bütün soydaşlarımızı qrupda aktiv fəaliyyətə çağırıram. Müxtəlif dillərdə statuslar yazaraq,  milli muğamı, Azərbaycanı təbliğ edirik", - deyə N.Müslümov bildirib. Mütəmadi olaraq qrupda muğam ustadlarının ifaları, gənc muğam ifaçılarının şəkilləri, xalq mahnılarımızın mətnləri, muğam ifaçılarının televiziyada yayımlanacaq veriliş tarixi və saatı ilə bağlı məlumatlar yer alır.  Qeyd edək ki,layihəyə gənc ziyalı koordinatorlar təyin olunub ki,bütün paylaşılan informasiyalara koordinatorlar nəzarət edir.  Yeni icraçı rəhbər Arzu Müzəffərova da bundan əvvəl Türkiyə üzrə koordinator  vəzifəsini icra edirdi. 




ŞƏRH YAZ



DİGƏR XƏBƏRLƏR
babashov.info

ÇOX OXUNANLAR