Dil: Türkçe

Saytdan Axtar

“Qarabağ”ımız tarix yazdı

2017/08/23 23:57

	“Qarabağ”ımız tarix yazdı

Bu gün “Qarabağ”ımız Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında səfərdə Danimarkanın “Kopenhagen” klubunun qonağı oldu.Bizimyol.info xəbər verir ki,”Parken” stadionunda keçirilən qarşılaşmada Qarabağ rəqibi ilə 2:2 hesabı ilə bərabərə qaldı.

Qitənin ən ali turnirində pley-offa vəsiqə qazanmaqla Azərbaycan futbolunda ilkə imza atan “Qarabağ”ımız bu gün yeni bir tarix yazdı. İlk oyunda 1:0 hesabıyla qalib gələn komandamız bu gün də bərabər hesabla da olsa qələbə qazanaraq Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməklə ölkə futbolunda yeni bir səhifə açdı.

“Kopenhagen” (Danimarka) 2-1 “Qarabağ” (Azərbaycan)

Qollar:
45-ci dəqiqə Santander F.
63-cü dəqiqə Ndlovu Dino
65-ci dəqiqə Pavloviç A

Təbriklər,”QARABAĞ” !




ŞƏRH YAZ



DİGƏR XƏBƏRLƏR
babashov.info

ÇOX OXUNANLAR