Dil: Türkçe

Saytdan Axtar

Dünya çempionunu azərbaycanlı idmançı döyüb öldürüb? –İddia + VİDEO

2017/08/20 18:07

	Dünya çempionunu azərbaycanlı idmançı döyüb öldürüb? –İddia + VİDEO

Bu gün səhər Rusiyada pauerliftinq üzrə dünya və Avropa çempionu Andrey Draçyov öldürülüb.

“360tv.ru” saytının verdiyi məlumata görə, A. Draçyov Xabarovskda kafenin qarşısında bir nəfərlə dalaşan zaman başından aldığı zərbə nəticəsində ölüb.

Sosial şəbəkələrdə həmin dava-dalaşın görüntüsü yayılıb. “Qazeta.ru” saytı A. Draçyovu öldürən şəxsin Azərbaycan əsilli 25 yaşlı Anar Ziranov olduğu, onun döyüş idman növləri ilə məşğul olduğunu yazıb.

Digər məlumatlara görə, A. Draçyovu öldürən şəxs Amur sakini olan 1992-ci il təvəllüdlü Allahverənov Anar Əliyar oğludur. Həmin adlı şəxsin sosial şəbəkələrdə boksla və qaydasız döyüşlə məşğul olduğu əksini tapıb.

Xabarovsk polisi istintaqa adı məlum olan şübhəli şəxslə bağlı axtarış elan edib. Aeroport, vağzal və yollarda da axtarış aparılır/APA. 




ŞƏRH YAZ



DİGƏR XƏBƏRLƏR
babashov.info

ÇOX OXUNANLAR