Dil: Türkçe

Saytdan Axtar

Gənclərimiz Azərbaycanın Mərakeş Krallığındakı səfirliyində olublar

2017/08/13 10:13

	Gənclərimiz Azərbaycanın Mərakeş Krallığındakı səfirliyində olublar

Azərbaycanlı gənclərdən ibarət nümayəndə heyəti Azərbaycanın Mərakeş Krallığındakı səfirliyinin qonağı olub. Gənclərlə görüşən səfirliyin əməkdaşı Bayram Məmmədbəyli nümayəndə heyətinə Azərbaycan və Mərakeş arasında gənclər sahəsində aparılan işlərin təqdirəlayiq olduğunu, səfirliyin də bu işlərdə hər zaman köməklik göstərməyə hazır olduğunu bildirib. O bildirib ki, Mərakeş Krallığı hər zaman öz gənclərinə xüsusi diqqət ayırır və Azərbaycan ilə birlikdə keçiriləcək qarşılıqlı layihələr krallığın Gənclər və İdman Nazirliyinin də marağındadır.

Daha sonra çıxış edən Azərbaycan Respublikasının Gəncər və İdman Nazirliyinin əməkdaşı, Mərakeş Krallığına ezam olunan azərbaycanlı gənclərdən ibarət nümayədə heyətinin rəhbəri Vüsal Kərimov Mərakeş Krallığının qonaqpərvərliyi barədə danışıb. O keçirilən müxtəlif görüşlər barədə səfirliyin əməkdaşına ətrafı məlumat verib, birlikdə daha çox işlər görüləcəyini və bundan sonra da birgə layihələrin keçiriləcəyini xüsusi vurğulayıb. V.Kərimov səfərin Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan və Mərakeş Krallığı arasında imzalanan protokola əsasən Beynəlxalq gənclər mübadiləsi (Youth Exchange) çərçivəsində keçirildiyini də vurğulayıb.

Xatırladaq ki, beynəlxalq gənclər mübadiləsi çərçivəsində sayca 2-ci dəfə keçirilən səfər 18 avqust tarixlərində sona çatacaq. Müxtəlif gənclər təşkilatlarının nümayəndələrinin iştirakı ilə keçirilən səfər çərçivəsində Kasablanka, Mərakeş, Rabat, Fes şəhərlərində də müxtəlif görüşlər keçiriləcək. 




ŞƏRH YAZ



DİGƏR XƏBƏRLƏR
babashov.info

ÇOX OXUNANLAR