Dil: Türkçe

Saytdan Axtar

Türkiyə ilə bağlı şok iddia- QARDAŞ ÖLKƏ ATOM BOMBASI ƏLDƏ ETMƏK ÜÇÜN HƏRƏKƏTƏ KEÇDİ

2017/08/11 23:29

	Türkiyə ilə bağlı şok iddia- QARDAŞ ÖLKƏ ATOM BOMBASI ƏLDƏ ETMƏK ÜÇÜN HƏRƏKƏTƏ KEÇDİ

Böyük Britaniyanın “Daily Exspress” qəzeti Türkiyə ilə bağlı şok iddia irəli sürüb.

Gununsesi.info-nun publika.az-a istinadən verdiyi məlumata görə, qəzet Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın atom bombası əldə etmək üçün hərəkətə keçməyə hazırlaşdığını yazıb.

Bununla yanaşı, atom bombasının hər an Türkiyə tərəfindən əldə edilə biləcəyi də iddia edilir.

Maraqlıdır ki, qəzet bu məlumatı FETÖ üzvü olan və hazırda Avropada yaşayan Abdullah Bozkurtdan alıb. Həmçinin, belə bir məlumatın nüvə silahına görə davam edən ABŞ-Şimali Koreya qarşıdurması ərəfəsində yayılması da təsadüfə bənzəmir.

Türkiyə mediası bu məlumatların Ərdoğana hücumun bir hissəsi olduğunu yazıb.

Gununsesi.info




ŞƏRH YAZ



DİGƏR XƏBƏRLƏR
babashov.info

ÇOX OXUNANLAR