Dil: Türkçe

Saytdan Axtar

Bakıda uşaqlı analara qarşı yeni bir təhlükə

2017/08/07 15:25

	Bakıda uşaqlı analara qarşı yeni bir təhlükə

Bakıda küçə və parklarda uşaqlı analara qarşı yeni bir təhlükə yaranıb.
Publika.az bildirir ki, sosial şəbəkədə yayılan məlumata görə, iki qadın uşaqla gəzən qadınlara yaxınlaşır, kənarda isə maşında bir kişi onları izləyir. Bu qadınlar uşağın sağlamlığı ilə bağlı anaları sorğu-uala tuturlar.
Bu günlərdə isə bir qadının uşağının səhhəti ilə maraqlanandan sonra həmin uşağı oğurlayıblar. Uşaqlı qadınlara yaxınlaşan həmin iki şəxs təkcə sağlamlığını deyil, onun qan qrupunu da soruşur. Valideynlər bu qadınlar orqan alverçiləri olduqlarını güman edirlər. Sosial şəbəkədə bu paylaşımı edənlər istifadəçiləri məlumatı paylaşmalarını və hər kəs məlumatlandırmağı tövsiyə edib.




ŞƏRH YAZ



DİGƏR XƏBƏRLƏR
babashov.info

ÇOX OXUNANLAR