Dil: Türkçe

Saytdan Axtar

Hirkan Milli Parkında yanğın baş verib

2017/08/07 15:20

	Hirkan Milli Parkında yanğın baş verib

Bu gün saat 13.00 radələrində Hirkan Milli Parkının yüksək dağlıq ərazisində yanğın hadisəsi baş verib.

Son məlumata görə, Hirkan Milli Parkında baş vermiş yanğın lokallaşdırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğının tamamilə söndürülməsi istiqamətində işlər davam etdirilir.

Yanğın baş vermiş ərazi yüksək dağlıq olduğu üçün yanğının söndürülməsində texnikadan istifadə edilməsinin mümkünsüz olduğu, daha çox əl əməyindən istifadə edildiyi bildirilib.




ŞƏRH YAZ



DİGƏR XƏBƏRLƏR
babashov.info

ÇOX OXUNANLAR