Dil: Türkçe

Saytdan Axtar

Mərkəzi Elmi Kitabxanaya 250 kitab hədiyyə olunub

2017/08/01 08:54

	Mərkəzi Elmi Kitabxanaya 250 kitab hədiyyə olunub

İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Əsgər Farsi Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) olub.
MEK-dən bildiriblər ki, qonaq səfirliyin adından kitabxanaya 250 kitab hədiyyə edib.
İran Mədəniyyət Mərkəzinin hədiyyə etdiyi kitablar MEK-in akademiklər zalındakı diplomatik guşədə İran səfirliyi üçün ayrılan bölməyə yerləşdirilib.
Kitabxananın direktoru Leyla İmanova bu addımı ölkələrimiz arasında dostluq münasibətlərinin və mədəni əlaqələrin inkişafına töhfə kimi dəyərləndirib, hədiyyə olunan kitablardan bir neçəsinin kitabxananın Milli Rəqəmsal Yaddaş bazasına daxil ediləcəyini söyləyib.
Əhməd Farsi ölkələrarası mədəni-elmi mübadilələrin davamlılığı məqsədilə İran Mədəniyyət Mərkəzinin MEK ilə əməkdaşlığa hər zaman hazır olduğunu söyləyib.




ŞƏRH YAZ



DİGƏR XƏBƏRLƏR
babashov.info

ÇOX OXUNANLAR