Dil: Türkçe

Saytdan Axtar

 Gənclərimiz Koreya Respublikasında səfərdə olublar

2017/07/27 10:55

	 Gənclərimiz Koreya Respublikasında səfərdə olublar

Cari ilin 17-26 iyul tarixlərində azərbaycanlı gənclərdən ibarət nümayəndə heyəti Azərbaycan ilə Cənubi Koreya Respublikası arasında beynəlxalq gənclər mübadiləsi proqramı (Youth exchange) çərçivəsində paytaxt Seul şəhərində səfərdə olub.
Səfərin əsas məqsədi Azərbaycan və Koreya gəncləri arasında mübadilə proqramında iştirakı olub. Azərbaycanlı gənclər Koreya Respublikasının bir sıra məkanlarında olub, paytaxt Seul şəhərinin tarixi, mədəniyyəti, adət-ənənələri ilə yaxından tanış olublar.
Səfər çərçivəsində gənclər bir sıra tədbirlərdə, həmçinin, gənclər təşkilatlarının nümayəndələri ilə keçirilən görüşlərdə iştirak ediblər. Görüşlərdə 2 ölkə arasında gənclər sahəsində əməkdaşlığın daha da genişləndirilməsi, görülə biləcək bir sıra işlər ətrafında müzakirələr aparılıb.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən sayca beşinci olan səfər çərivəsində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) əməkdaşları - Ləman Cavadova və Elvin Məmmədov da iştirak ediblər.




ŞƏRH YAZ



DİGƏR XƏBƏRLƏR
babashov.info

ÇOX OXUNANLAR