Dil: Türkçe

Saytdan Axtar

Fəal jurnalistlər mükafatlandırılırlar

2017/07/25 06:16

	Fəal jurnalistlər mükafatlandırılırlar

Azərbaycan Milli Mətbuatının 142-ci ildönümü tamam oldu. Bu münasibətlə artıq bir neçə gündür ki, əksər jurnalistlər ölkə mətbuatının inkişafında və dövlətçilik ənənələrinin təbliğinə görə müxtəlif mükafatlara layiq görülürlər.
Həmin jurnalistlər sırasında "Bolgexeber.com" xəbər portalının və "Bolge.tv" internet televiziyasının əməkdaşı Təbriz Məhərrəmoğlu da var.
Təbriz Məhərrəmoğlu Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında və gənclərə vətənpərvərlik ruhunun aşılanmasında oynadığı rola görə "Beynəlmiləlçi Əlil Döyüşçülər" Fondu tərəfindən fəxri fərmanla təltif olunub. Biz də kollektivimiz adından Təbriz Məhərrəmoğlunu təbrik edir və ona peşə fəaliyyətində daha böyük uğurlar arzulayırıq.
Təbriz Məhərrəmoğlu mükafatlandırma mərasimində öz ürək sözlərini də deyib:

"Bu mükafata məni layiq gördüyünə görə "Beynəlmiləlçi Əlil Döyüşçülər Fonduna və başda "Bolgexeber.com" və "Bolge.tv"nin direktoru Vasif Turan olmaqla öz həmkarlarıma da dərin təşəkkürlərimi bildirirəm. Bu gün mən Vasif Turanın diqqət və qayğısının nəticəsində olduğum nöqtəyə gəlib çatmışam."




ŞƏRH YAZ



DİGƏR XƏBƏRLƏR
babashov.info

ÇOX OXUNANLAR