Dil: Türkçe

Saytdan Axtar

Tənqid olunan azərbaycanlı yeniyetmə model: "15 yaşımın olmağı..." - FOTO

2017/06/26 13:11

	Tənqid olunan azərbaycanlı yeniyetmə model: "15 yaşımın olmağı..." - FOTO

"Miss & Mister Azerbaijan - 2017” Milli gözəllik müsabiqəsinin qalibi olan Arzu Hüseynzadə sosial şəbəkələrdə onu tənqid edənlərə cavab verib.

Arzu Hüseynzadə Missiya.Az-a açıqlamasında bildirib ki, bəziləri onun 15 yaşında qazandığı uğuru həzm edə bilmirlər.

“Bizdə bəzi adamlar kimsə bir addım qabağa çıxanda ona pis baxırlar. Dəstəkləmirlər. Mənə qarşı da belə bir münasibət gördüm. Xüsusilə, 15 yaşımın olmağı insanları çox pis qıcıqlandırıb. Sosial şəbəkələrdə mənə dərsimi oxumağımı və podiuma çıxmamağımı məsləhət görürlər. Mən dərslərimi yaxşı oxuyuram və imtahanlarımı da əla qiymətlərlə verdim. Sadəcə, bəziləri bilib-bilmədən danışmağı xoşlayırlar. Mən buna görə heçnə edə bilmərəm”.

b_550_325_16777215_00_images_xeber_sekilleri_13iyun2017_vcbgfbhhbghbh.jpg

Arzu Hüseynzadə gələcək planlarından da danışıb: “2 ildən sonra təhsilimi Türkiyədə davam etdirmək istəyirəm. Elə orada modelliklə məşqul olmaq barədə fikirləşirəm. Amma hələ ki, modelliklə bağlı planlarımı tam qərarlaşdırmamışam. Mənim standartların Viktoriya Sekretin modellik prinsiplərinə uyğun gəlir. Ora 18 yaşdan yuxarı xanımlar dəvət olunurlar. 18 yaşıma qədər bu standarlarda qala bilsəm, hər hansı bir xarici ölkədə onların nümayəndəliyinə yazılıb modelliklə məşqul ola bilərəm”.

Xatırladaq ki, 15 yaşlı Arzu Hüseynzadənin "Miss & Mister Azerbaijan - 2017” Milli gözəllik müsbiqəsində iştirak etməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu. Sosial şəbəkə istifadəçiləri "Hansı valideyn 15 yaşında qızı podiuma buraxıb?»", "Niyə gedib dərsini oxumur?", - kimi sualları müzakirə edirdilər.

Bir neçə gün əvvəl Arzu Hüseynzadənin anası Fira Əliyeva Missiya.Az-a açıqlamasında bildirmişdi ki, "Miss & Mister Azerbaijan - 2017” Azərbaycanda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunan qanuni yarışmadır. “Yarışmaçılar kastinkə valideynin icazəsi ilə qatılırlar. Mən qızıma icazə vermişəm. Heç bir media və kişi qabağa durub deyə bilməz ki, bu qızın «day-dayıyam». Mənim qorxacaq bir işim yoxdur”. 
 

b_550_325_16777215_00_images_xeber_sekilleri_13iyun2017_556660.jpg

b_550_325_16777215_00_images_xeber_sekilleri_13iyun2017_19458427_1540472392699447_183944247_n.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_13iyun2017_19251122_1540472616032758_115165390_n.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_13iyun2017_19239400_1540472789366074_338253696_n.jpg

Elvin

Missiya.Az




ŞƏRH YAZ



DİGƏR XƏBƏRLƏR
babashov.info

ÇOX OXUNANLAR