Dil: Türkçe

Saytdan Axtar

Güneyli müğənnimiz Keykavus “İlin Müğənnisi” adına layiq görüldü -FOTO

2017/05/06 01:29

	Güneyli müğənnimiz Keykavus “İlin Müğənnisi” adına layiq görüldü -FOTO

Keykavus: "Mən həmişə harda olmağıma baxmayaraq Azərbaycana xidmət edəcəm”

Əgər xatırlayırsınızsa bir müdət əvvəl müsahibimiz tanınmış müğənni Güney Azərbaycandan olan Salehi Keykavus Einali oğlu olmuşdur. Bu gün Salehi Keykavus Einali oğlu “Femida H.T. Hüquq Mərkəzi” tərəfindən Azərbaycan Respublikasında xidmətinə görə “İlin Müğənnisi” adına layiq görüldü. Bu münasibətlə Salehi Keykavus Einali oğlu Bolge TV-nin əməkdaşına müsahibə verərək bildirdi ki:
“Məni bu ada layiq görən hər kəsə öz təşəkkürümü bildirirəm. "Mənim fəaliyyətimə verilən bu yüksək qiymətə görə “Femida H.T. Hüquq Mərkəzi ”nin hüquq eksperti-psixoloq İsmayıl Zalova öz təşəkkürümü bildirirəm. Mən həmişə harda olmağıma baxmayaraq Azərbaycana xidmət edəcəm”
Onu da qeyd edək ki,yaxın günlərdə Bölge tv əməkdaşlarının müğənnimiz ilə çəklişi olacaq və həmin çəkilişdən hazırladığımız reportajı siz oxuculara təqdim edəcəyik.

Biz də Bolgexeber.com kollektivi olaraq müğənnini ,bu mükafata layiq görüldüyünə görə təbrik edir,ona yeni-yeni uğurlar arzulayırıq.




ŞƏRH YAZ



DİGƏR XƏBƏRLƏR
babashov.info

ÇOX OXUNANLAR