Dil: Türkçe

Saytdan Axtar

Dünyada Alpaquta olan maraq artır  

2017/05/05 13:04

	
		
			
				
					
						
							
								
									
										
											
												Dünyada Alpaquta olan maraq artır
										
									
								
							
						
					
				
			
		
	


	 

Alpaqut Turan Döyüş sənətinə maraq ilbəil artır. Dünyanın dörd bir yanında bu döyüş sənəti ilə bağlı yarışlar keçirilir, Alpaqutla məşğul olmaq istəyənlərin sayı isə artır. Hazırda Asiyanın ən böyük ölkələrindən biri olan Hindistanda Alpaqut üzrə beynəlxalq seminar keçirilir. Seminar Alpaqut döyüş sənətinin qurucusu, Kutsan Vasif Namazov tərəfindən təşkil edilir və onun köməkçi assistenti isə Yarğan Musa Abdullayevdir. Seminarda Hindistanın bir çox şəhərlərindən 500-ə yaxın idmançı iştirak edir. Eyni zamanda bu seminarda Şri-lanka və Banqladeş nümayəndə heyəti də təmsil olunur. Belə ki, artıq avqust ayında Banqladeşdə də belə seminarların keçirilməsi qərara alınıb. 
Qeyd edək ki, Hindistanda keçirilən seminarlar mayın 2-dən 5-nə qədər nəzərdə tutulub. Artıq dünya Alpaqut Federasiyanın Hindistan nümayəndəliyinin sənədləri Hasan Muhammed İsmayıla təqdim edilib və bu ölkədə Alpaqut rəsmən tanınıb. Seminarda dövlətin idman sahəsi üzrə nümayəndələri də iştirak edib. Qeyd edək ki, bundan sonra 12-15 may Latviya- Riqada keçiriləcək Döyüş Növləri üzrə Olimpiadada Alpaqut döyüş sənətinin təqdimatı olacaq. 20-25 may tarixində isə Rusiya Federasiyası, Kalmıkiya Respublikası Elista şəhərində seminar keçiriləcək. Həmçinin mayın sonunda Türkiyənin Bursa şəhərində Alpaqutun seminarları da keçiriləcək. İyunun ayının sonunda Alpaqut üzrə Avrasiya kuboku Gürcüstanda, noyabrın sonunda isə Bakıda bu idman növü üzrə dünya kuboku planlaşdırılır.




ŞƏRH YAZ



DİGƏR XƏBƏRLƏR
babashov.info

ÇOX OXUNANLAR