Dil: Türkçe

Saytdan Axtar

ÖZÜNLƏ FƏXR ET

2017/04/30 15:55

	ÖZÜNLƏ FƏXR ET

Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin sədri Mahirə Əsədova -nın təşkilatçılığı və sponsurluğ etdiyi Samir İmanovun ''Özunlə fexr et '' kitabının təqdimatı oldu. Cəmiyyətdə fiziki cəhətdən qüsurlu insanlara münasibət birmənalı deyil. Onların qayğılarına qalan da var,biğanə münasibət ğöstərəndə. Təbii ki bu cür insanlara qayğı göstərmək bizim insanlıq vəzifəmizdir. Fiziki məhdudluğu olan insanlardan biri də 1 -ci dərəcəli əlil Samir İmanovdur. Samir 1981 -ci ilavqustun 27 -də Sumqayıtda anadan olub. Uşaq yaşlarında serebrial iflic və hemofiliya xəstəliyindən əziyyət çəkir. Samir İmanov ağır xəstəliklərə mətanətlə sinə gəlib. O bədii yaradıcılıqla məşğuldur. Yenicə çapdan çıxan" Özünlə fexr et'' kitabında müəllif həm də cəmiyyətin əlilliyi olan insanlara diqqət və qayğısının artırılmasına xidmət edir. Aprelin 29 -da Bakidaki ''Ata Türk '' mərkəzində ''Özünlə fəxr et'' kitabının təqdimat mərasimi keçirildi. Mərasimi Azərbaycan MEA Ədəbiyyat İnstitunun məsul əməkdaşı, professor Asif Rustəmli açdı. Milli Məclisin deputatları Qənirə Paşayeva ,Adil Əliyev ,Respubilka ''Gəncliyə Yardım Fondu '' nun vitse prezidenti Salman Əliyev ''Xocalı SoyqırımınınTanıtma '' İçtimai birliyinin sədri Şamil Sabiroğlu, “ Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin Sədri Mahirə Əsədova , Respubilkanın Əməkdar jurnalisti Zərnişan İnqilabqızı və başqa tanınmış şəxslər Samir İmanov haqqında xoş sözlər söylədilər.Sonda xatirə şəkilləri çəkdirdilər.




ŞƏRH YAZ



DİGƏR XƏBƏRLƏR
babashov.info

ÇOX OXUNANLAR