Dil: Türkçe

Saytdan Axtar

Ermənistanda rusiyalı hərbçi qətlə yetirildi

2017/04/23 01:02

	Ermənistanda rusiyalı hərbçi qətlə yetirildi
Şirak vilayət prokuroru Karen Qabrielyanın bildirdiyinə görə, qətlə yetirilən hərbçi müqavilə əsasında xidmət çəkən 21 yaşlı Dmitri Yalpayevdir
 
 Ermənistanın Gümrü şəhərində Rusiyanın 102-ci hərbi bazasının əsgərinin meyiti aşkarlanıb.   Sputnik Ermənistan-ın verdiyi xəbərə görə, meyit şəhərdə yerləşən hərbi bazanın yaxınlığındakı mağazanın qarşısında aşkarlanıb. Şirak vilayət prokuroru Karen Qabrielyanın bildirdiyinə görə, qətlə yetirilən hərbçi müqavilə əsasında xidmət çəkən 21 yaşlı Dmitri Yalpayevdir. Onun bıçaq zərbəsi ilə öldürüldüyü müəyyən edilib. Qətldə şübhəli bilinən şəxs saxlanılıb.
 



ŞƏRH YAZ



DİGƏR XƏBƏRLƏR
babashov.info

ÇOX OXUNANLAR