Dil: Türkçe

Saytdan Axtar

Gülər Əhmədova Respublika Uşaq Təşkilatını bərpa edir? - Sabiq deputatdan AÇIQLAMA

2017/04/07 13:07

	Gülər Əhmədova Respublika Uşaq Təşkilatını bərpa edir? - Sabiq deputatdan AÇIQLAMA

Respublika Uşaq Təşkilatı uzun müddətdir ki, fəaliyyət göstərmir. Adıçəkilən təşkilatın sədri sabiq deputat Gülər Əhmədova olub. Yarandığı ilk dönəmlərdən başlayaraq,  ölkənin hər yerinə səpələnən qurumun nümayəndələri  uşaq hüquqlarının qorunması sahəsində geniş fəaliyyət mexanizmi həyata keçiriblər. 

Lakin sabiq deputat Gülər Əhmədovanın həbsindən sonra qurumun ofisinin qapıları bağlandı, deməli onun fəaliyyətdən də söhbət  gedə bilməz.

 

Bəs sabiq deputat Gülər Əhmədova  Respublika Uşaq Təşkilatını yenidən bərpa etməyi düşünürmü?

 

Məsələ ilə bağlı Modern.az-a açıqlama verən Gülər Əhmədova deyib ki, ofis və işçilərin saxlanılması o qədər də asan iş deyil.

 

“Ofis və işçilərin saxlanılması üçün maliyyə problemi aradan qalxmalıdır. Bu problemlər aradan qalxarsa, müəyyən işlər görmək olar. Təşkilatın yaşaması üçün ofis və kollektiv maliyyə məsələləri geniş həll olunmalıdır. Bu baxımdan da kağız üzərində olan bir şey haqqında düşünmürəm. Həmçinin, hər zaman əsas məqsədim dövlətçiliyə xidmət etmək ibarət olub. O zaman ulu öndər Heydər Əliyev belə bir ideyanı gerçəkləşdirdi. Respublika Uşaq Təşkilatı onun xeyir-duası ilə yaradıldı. Təşkilatı sıfırdan yaradaraq bütün respublikanı əhatə edən bir quruma çevirdik. Fəaliyyətimin nəticəsi olaraq QHT-dən parlamentə getdim”.


Sabiq deputatın sözlərinə görə, əslində, uşaqların hüquqlarının qorunması istiqamətində təkliflər olur.

“Düşünürəm ki, gələcəkdə ehtiyac olarsa, biz bu işi sevə-sevə həyata keçirərik. Təklifləri nəzərdən keçirirəm. QHT sektorundan Milli Məclisə gedən ilk deputat olmuşam. Digər təşkilatlardan fərqimiz o olub ki, təşkilatın yaranma ideyası Heydər Əliyevə məxsus idi. 1999-cu ildə yaradılmışdı. Zaman-zaman müəyyən insanların qısqanclığı və şəxsi maraqlardan irəli gələn proseslər baş verib. Bunun da nəticəsi olaraq bu gün Respublika Uşaq Təşkilatı fəaliyyət göstərmir. O cümlədən,  indi zaman dəyişib. Heç nə əvvəlki kimi deyil”.

Respublika Uşaq Təşkilatının fəaliyyətindən söz açan xanım Əhmədova bildirib ki, vaxtilə adıçəkilən təşkilatın rayonlarda bölmələri fəaliyyət göstərib.


“Hər kəs onların fəaliyyətindən razı idi. Nəsə bir narahatlıq olmayıb. Son çadır şəhərciyi olana qədər bizim oralarda çox yaxşı işlərimiz həyata keçirilib. Uşaqlar üçün yay istirahətləri təşkil etmişik. Uşaqların yayda çadır şəhərciklərində qalmamasına səy göstərmişik. Uşaqlarla bağlı nə problemlər vardısa, hamısı ilə məşğul olmağa çalışmışıq. Məcburi köçkün ailələri ilə sıx əlaqələrimiz vardı. Bildiyiniz kimi, sərhəd zonalarında olan uşaqların daha çox problemləri var. Həmin vaxtlarda gücü həmin bölgələrdə məskunlaşan uşaqlara vermişdik. Sərhədyanı zonalarda xüsusi uşaqları axtarıb tapırdıq. Uşaqlar arasında muğam müsabiqələrini birinci biz keçirmişik. Heydər Əliyevin doğum günü münasibətilə muğam ustalarını da cəbhə bölgəsinə aparmışdıq. Hətta həmin vaxt ermənilər musiqi səslərini eşidib, yerli camaatı atəşə tutmuşdular. Onu deyə bilərəm ki, Respublika Uşaq Təşkilatı olaraq xeyli uğurlar əldə etmişdik”.

 

 

 

Modern.az 




ŞƏRH YAZ



DİGƏR XƏBƏRLƏR
babashov.info

ÇOX OXUNANLAR