Dil: Türkçe

Saytdan Axtar

Manat əmanətlərinin faizlərinə görə bankların sıralaması – SİYAHI

2017/04/06 23:32

	Manat əmanətlərinin faizlərinə görə bankların sıralaması – SİYAHI

Bankların manat əmanətlərinin faizlərinə görə sıralamasını təqdim edirik. Sıralama üçün istifadə edilən faiz dərəcəsi bankların 1 illik manat əmanəti yerləşdirməsi üçün təklif etdiyi maksimum faiz dərəcəsidir.

Araşdırma zamanı müəyyən edilib ki, demək olar ki,  bütün banklarda qorunan əmanət  məhsulu mövcuddur və bankların əksər hissəsi də bu faiz dərəcəsindən (15%) yuxarı əmanət məhsulu təklif etmir. Yalnız 9 bank bu həddən yuxarı qazanc təmin edən əmanət təklif edir.

Ümumilikdə isə bir illik manat əmanəti üçün təklif edilən ən yuxarı faiz dərəcəsi 18%-dir -“AGBank” və “Bank Respublika”.  Ən aşağı faiz dərəcəsi isə 3% təşkil edir – Silk Vey Bank.

Yalnız “PAŞA Bank”da əmanətlər üzrə faiz dərəcəsi individual olaraq, müəyyənləşir.

“Amrahbank” isə hazırda manat əmanəti təqdim etmir.

     
Sıra Banklar 1 illik əmanət üzrə maksimum faiz dərəcəsi
1 AGBank 18.0%
2 Bank Respublika 18.0%
3 Unibank 17.3%
4 DəmirBank 17.0%
5 TuranBank 16.5%
6 Bank VTB 16.0%
7 Muğanbank 16.0%
8 NBC Bank 16.0%
9 NİKOYL Bank 15.5%
10 AccessBank 15.0%
11 Ata Bank 15.0%
12 Bank of Baku 15.0%
13 Caspian Development Bank 15.0%
14 Expressbank 15.0%
15 Yapı Kredi Bank Azərbaycan 15.0%
16 Ziraat Bank Azərbaycan 15.0%
17 Azər Türk Bank 14.0%
18 Bank Avrasiya 13.0%
19 Rabitəbank 13.0%
20 Azərbaycan Beynəlxalq Bankı 12.0%
21 Azərbaycan Sənaye Bankı 12.0%
22 Günay Bank 12.0%
23 Kapital Bank 12.0%
24 Bank Melli İran Bakı filialı 10.0%
25 Naxçıvanbank 10.0%
26 Bank BTB 8.0%
27 AFB Bank 7.0%
28 Xalq Bank 6.0%
29 Silk Vey Bank 3.0%
30 PAŞA Bank İndividual

Nəzərə alınması lazım olan məsələ isə hər bir bank fərqli, özünəməxsus xüsusiyyətləri və şərtləri olan əmanət məhsulları təqdim edilməsidir.

bbn.az




ŞƏRH YAZ



DİGƏR XƏBƏRLƏR
babashov.info

ÇOX OXUNANLAR