Dil: Türkçe

Saytdan Axtar

70 gün içərisində qeyd etdiyimiz qanlı tarixlərimiz...

31.03.2017

	70 gün içərisində qeyd etdiyimiz qanlı tarixlərimiz...
31 Mart Soyqırımı...

Bu gün ölkəmiz böyük hüzünlə Syqırım gününü qeyd edir. Soyqırım sözünün mənası hamı tərəfindən başa düşülür.Soyqırım – etnik, irqi, dini və ya milli qrupun düşünülmüş və sistematik şəkildə tam və ya qismən məhv edilməsidir.

"Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. 1918-ci ilin Mart-Aprel aylarında Bakı, Şamaxı, Quba, Lənkəran və digər ərazilərdə Erməni qəddarları 50 min Azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar.Bu həqiqətəndə soyqırımdır.Ardıcıl şəkildə 90 gün içərisində xalqımız ən hüzünlü, ən kədərli, ən qəmli, yaddaşlardan silinməyəcək günlərini yaşayır. Bunlar 20 Yanvar, 26 Fevral və 31 Mart tarixləri ilə bağlıdır. Bu tarixlərdə xalqımız öz düşməninini bir daha tanıyır. Düşməninin nə qədər qəddar olduğunu xatırlayır.İnanırıq ki, illər,qərinələr,əsrlər keçsədə bizlər bu tarixləri hər zaman xatırlayacağıq. Bu gün gənclərimizin üzrəni də daha məsuliyyətli vəzifələr düşür. Tariximizdə baş verənləri unutmamaq və unutdurmamaq...




ŞƏRH YAZ



DİGƏR XƏBƏRLƏR
babashov.info

ÇOX OXUNANLAR