Dil: Türkçe

Saytdan Axtar

Vətənpərvər, Azərbaycandan kənarda yaşayan azərbaycanlı -Aysel  Həmidova

18.03.2017

	Vətənpərvər, Azərbaycandan kənarda yaşayan azərbaycanlı -Aysel  Həmidova
Azərbaycandan kənarda yaşayan azərbaycanlılar haqqında

 

 

Bu yazını yazarkən başlıq üçün çoxda fikirləşməli olmursan. Bəli, müxtəlif çür insan vardır həyatda. Özünü bəyənmiş,özündən razı olan insanlar.Biri yalan danışmaqda, biri yalana inanmaqda. Birisi qorxaq olduğu halda güclü görsənməyə çalışır, biri güclü olduğunu biruzə vermir. Biri ağılsız,savadsız olduğu halda başqasına ağıl öyrətməyə çalışır, birisi ağılından istifadə etməyə çalışır. Kimi ancaq öz mənafeyini güdür, kimi vətənin mənafeyini hər şeydən üstün tutur. Doğulduğun,boya-başa çatdığın, yaşadığın yer vətənindir deyir bəziləri. Ancaq damarlarında axan qanla, nəfəsində duyulan hərarətlə, əlindən gələn və gəlməyən işlərlə, bayrağa olan sevgisi,torpağa olan sədaqəti ilə bu fikirləri lat-üst edən insanlar vardır.

Haqqında yazacağım insan Həmidova Ayseldir. Sözün həqiqi mənasında hər işində özündən razı olan gülər üzlü, təmiz qəlbli bir xanım. Savadı, Təhsili, Düşüncəsi, Ağlı,İstedadı, Qabiliyytəti, Bacarığı, Danışığı və s. ilə sözün əsil mənasında örnək insan.Ulu Öndər xarici ölkələrdə yaşayan azərbaycanlılarla görüşü zamanı demişdir:”Dünyanın hansı yerində yaşasanızda, hansı dildə danışsanızda ürəyiniz hər zaman Azərbaycanla döyünsün”. Məncə bu sözlərə sadiq, öz əməli, fəaliyyəti ilə bu sözlərin əvəzini verən xaricdə yaşayan həmvətənlərimiz sırasında Aysel xanımın öz yeri vardır.

Aysel xanım Azərbaycanı xarici ölkələrdə layiqincə təmsil edən həmvətənlərimizdən biridir.Azərbaycanda anadan olmasa da, Azərbaycanda təhsil almasada,Azərbaycan mentaliteti ilə böyüməsə də Azərbaycanda yaşayan gənclərimizin bəzilərindən  çox vətənpərvərdir. Azərbaycanda yaşamasa da qəlbi hər zaman vətəni ilə bir döyünür, Azərbaycanın haqqını müdafiyə edir.Yeri gələndə Azərbaycanın kədərini də,sevincini də özününkü sayır. Səfərdə olduğu ölkələrdə, iştirak etdiyi hər bir tədbirdə Azərbaycanın haqq səsini duyurmağa çalışır. Bəzi hallarda mübahisə edir,ancaq heç kimsəyə Azərbaycan haqqında haqsız söz söyləməyə imkan vermir. Bir sıra xeyriyyə aksiyaları keçirmiş müharibə əlillərinə, Şəhid ailələrinə yardımlar göstərmişdir. Biz Aysel xanım kimi həmvətənlərimizlə fəxr etməliyik.

Aysel xanımıla söhpət zamanı vurğuladı ki, hər bir azərbaycanlı kimi onun üçün vətən kəlməsi müqəddəsdir Torpaq əgər uğrunda olən varsa vətndir. Onun üçün isə vətən  məğrur anadır. O ana ki, hazırda minlərlə  mərd oğullarını vətənə  qurban verib və  verir.Vətən mənim ücün anadır, sevgidir deyir. Həyat isə  nərdivandir,  lakin bilmirsən səni yuxari qalduracaq  yoxsa  aşağı  endirəcək.Və ya həyat mübarizədir, mübarizə  isə  həyatdır.

Aysel xanıma öz işlərində uğurlar və cansağlığı, işğal altında olan torpaqlarımıza əlində üç rəngli bayrağımızla səfər etməsini, Cıdır düzündə gəzib, İsa bulağının suyundan içməyi, bütüv Azərbaycanımızı azad, firavan görməyi arzu edirik.




ŞƏRH YAZ



DİGƏR XƏBƏRLƏR
babashov.info

ÇOX OXUNANLAR