HAQQIMIZDA | ƏLAQƏ | MOBİL VERSİYA | Türkçe

Saytdan Axtar


babashov.info

Aynur Aynur Aynur Aynur Aynur Aynur Aynur Aynur Aynur Aynur

Azərbaycan xalqı və onun dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır. 

Niyam Salami: “İndi də başıma bu bəla gəldi” - VİDEO

YA ABŞ konqresmenləri İrana qarşı yeni sanksiyalar paketi hazırlayıblar

Türkiyə öz sərhədlərini dirijabllarla qoruyacaq

Ulduz futbolçu karyerasını bitirdi

"Ledi Qaqaya 1 milyon dollar qonorar vermişdik" - Nazir

"İnstaqram-da 70 min izləyicimdən 50 minini tanıyıram"

  BANM-də 2 fevral - Gənclər günü qeyd olundu BANM-də 2 fevral - Gənclər günü qeyd olundu

Cocuq Mərcanlıda daha bir infrastruktur qurulur

Məşhur opera   sənətçisi  Oya Ergün “Oriflame” kosmetika firmasının açlışta-Foto 


MÜSAHİBƏ

XƏBƏR
TÜRKİYƏ
SOSİAL
SİYASƏT

Prezident İlham Əliyev Dohada "Al Faisal Holding" şirkətinin rəhbəri və Qətər İş Adamları Assosiasiyasının sədri ilə görüşüb - YENİLƏNİB - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 26-da Dohada "Al Faisal Holding" şirkətinin rəhbəri və Qətər İş Adamları Assosiasiyasının sədri Şeyx Faisal bin Qassim bin Faisal Al Tani ilə görüşüb. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, görüşdə Azərbaycan Prezidentinin Qətərə bu səfərinin ikitərəfli əlaqələrimizin genişləndirilməsi baxımından əhəmiyyəti qeyd edildi. Böyük biznes qurumunun rəhbəri Şeyx Faisal bin Qassim bin Faisal Al Tani Azərbaycana səfərini xatırladaraq, ölkəmizlə bağlı xoş təəssüratlarının olduğunu dedi. Şeyx Faisal bin Qassim bin Faisal Al Tani Azərbaycanın müasir və təhlükəsiz ölkə olduğunu qeyd etdi. O, ölkəmizdə Qətər vətəndaşlarına xoş münasibət göstərildiyini məmnunluqla vurğuladı, yaxın gələcəkdə böyük nümayəndə heyəti ilə Azərbaycana səfər edəcəklərini dedi. Söhbət zamanı ticarət və investisiya sahələrində əməkdaşlığın perspektivləri müzakirə olundu. ---------- 18:50 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 26-da Qətər Dövlətinə rəsmi səfərə gəlib. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycanın və Qətərin dövlət bayraqlarının dalğalandığı Doha şəhərindəki "Hamad" beynəlxalq aeroportunda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Prezidentini Qətərin iqtisadiyyat və ticarət naziri Şeyx Əhməd bin Casim bin Mohammad Al Tani və digər yüksək vəzifəli dövlət və hökumət rəsmiləri qarşıladılar. Milli.Az

Fevralın 26 Xocalı Soyqırımı Günü kimi qeyd olunur.

Nə xoş haldır ki, bu gün ölkədə vətənpərvər gənclik yetişir və bu tarixi faciəni həm unutmur, həm də unutdurmur 1992-ci il fevralın 26-da erməni təcavüzkarları tərəfindən törədilmiş, Azərbaycan xalqının milli faciələrindən və bəşər tarixinin qanlı səhifələrindən biri olan Xocalı hadisələri hər il fevralın 26-da Xocalı Soyqırımı Günü kimi qeyd olunur. İşğalçı, təcavüzkar Ermənistan ordusunun hücumu nəticəsində qocalar, qadınlar, körpələr vəhşicəsinə qətlə yetirildi. Soyqırımın törədilməsi bir daha göstərdi ki, Azərbaycan torpaqları hesabına dövlət  quran ermənistan dövlətinin əsl mahiyyəti vəhşilikdir, cinayətkarlıqdır. İşğalçı Ermənistanın təcavüzkar siyasəti təkcə Xocalı faciəsi zamanı deyil, bütün tarix boyu Azərbaycana qarşı davam etmişdir. Ulu öndərimiz sayəsində Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində xeyli işlər görüldü. Bu siyasət bu gün də davam etdirilir. Burada əsas məqsəd tarixi ədalətin bərpasına nail olmaq, soyqırımı cinayətkarlarını dünya ictimaiyyətinin mühakiməsinə verməkdir. Sözügedən siyasətin əsası isə məhz Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Belə ki, ulu öndərimizin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edib, BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırıb. Ümummilli liderin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 1997-ci il fevralın 25-də imzaladığı sərəncamla hər il fevral ayının 26-sı saat 17.00-da ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur. Azərbaycan xalqı torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanların, Xocalıda qətlə yetirilmiş yüzlərlə həmvətənimizin xatirəsini daim əziz tutur, onları ehtiramla yad edir. Azərbaycan Prezidenti cənab İlham Əliyev Xocalı faciəsinin dünyada tanıdılması istiqamətində  bütün lazımi addımları atır. Heydər Əliyev Fondunun vitse-Prezidenti Leyla Əliyevanın başlatdığı “Xocalıya Ədalət” beynəlxalq kompaniyası çərçivəsində həyata keçirilən çox istiqamətli tanıtım işlərinin məntiqi nəticəsidir bu gün Xocalını Soyqırım kimi tanıyan dövlətlərin sayı artır. Erməni vəhşiliyinin ifşa olunması istiqamətində dövlətimiz tərəfindən olduqca vacib işlər həyata keçirilir. Bunlar Azərbaycan gəncliyinin vətənpərvərlik ruhunun yüksəldilməsi, onlara tarixi həqiqətlərin aşılanması baxımından vacibdir. Sözü gedən soyqırımın qurbanları nəinki təkcə Xocalı faciəsinin ildönümü zamanı eyni zamanda bütün il ərzində ölkə vətəndaşları, ölkəmizə təşrif buyuran xarici ölkə vətəndaşları, eyni zamanda rəsmi şəxslər tərəfindən anılır, onların xatirəsi ehtiramla yad edilir. Nə xoş haldır ki, bugün ölkədə vətənpərvər gənclik yetişir və bu tarixi faciəni həm unutmur, həm də unutdurmur. Biz bunun cənab Prezidentin şücaəti nəticəsində “aprel döyüşləri”ndə ki qalibiyyətimiz zamanı şahidi olduq. Azərbaycanın vətənpərvər gəncliyi istər ölkə daxilində, istərsə də ölkə hüdudlarından kənarda “Xocalı Soyqırımı”nın tanıdılması istiqamətində mühüm işlər görür və bundan sonra da bu istiqamətdə fəaliyyətimizi davam etdirərək erməni cinayətlərinin ifşa olunmasına çalışacağıq. Əli Pənahov, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini, ofisinin rəhbəri

İQTİSADİYYAT
HADİSƏ
TÜRK DÜNYASI
İDMAN
DÜNYA
MƏDƏNİYYƏT
DƏB
ƏN SON XƏBƏRLƏR

ÇOX OXUNANLAR


FACEBOOK SƏHİFƏMİZ